Accessibility links

Qətər şeyxləri Azərbaycanda ov edib


Qətər şeyxo ovda
Qətər şeyxo ovda

Ovçu dəstəsinə Qətərin baş naziri Həmid ben Casim ben Caber Əl Tani rəhbərlik edib. O, özü ilə 11 oğlunu, 100-ə yaxın müşayiətçi və xidmətçisini gətirib

Salyan rayonundakı “Mahmudçala” ovçuluq təsərrüfatında ov edən Qətər şeyxləri dekabrın 4-də axşam yol polislərinin müşayiəti ilə Bakıya gəliblər.

Ov 9 gün davam edib və Qırmızı kitaba daxil edilmiş bəzgək quşu və şahin qonaqlarda xüsusi maraq doğurub. Bu nadir quşlardan nə qədər ovlandığı məlum olmasa da, onlar razı gediblər. Bu barədə Turana Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib.

Qeyri-rəsmi məlumatlara görə, ovçu dəstəsinə Qətərin baş naziri, eyni zamanda Xarici İşlər və Daxili İşlər Naziri Həmid ben Casim ben Caber Əl Tani rəhbərlik edib. O, özü ilə 11 oğlunu, 100-ə yaxın müşayiətçi və xidmətçisini gətirib.

Rayondakı “Kür” oteli və “Toyota” markalı 30 cip, bir avtobus bütünlüklə onların ixtiyarına verilib. Ləvazimat və avadanlıqları daşımaq üçün iki yük maşını ayrılıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG