Accessibility links

Qətldə ittiham olunan ABŞ polisi həbs edilib


South Carolina shooting
South Carolina shooting

ABŞ Cənubi Karolina ştatında Ağ dərili polis zabiti qara dərili silahsız şəxsin güllə ilə vurulub öldürülməsində ittiham olunaraq həbs edilib. Hadisə kamera ilə qeydə alınıb.

Keçən həftənin şənbə günü Şimali Çarlston şəhərində polis zabiti Maykl Slager avtomobili problemli əyləc işıqları ilə idarə etdiyi üçün 50 yaşlı Uolter Skotu saxlayıb. Hadisə yerindən telefonun kamerası ilə qeydə alınan video göstərir ki, daha sonra Slager ondan qaçan Skota bir neçə dəfə odlu silahdan atəş açıb. Sonuncu güllədən sonra Skot yerə yıxılır və Slager Skota doğru gedərək onun əllərini qandallayır. Bundan sonra atəş açdığı yerə qayıdan polis zabiti yerdən nəsə götürərək yenidən Skotun cəsədinə yaxınlaşır və əlindəkini orada yerə atır.

Slagerin ilkin hesabatında deyilirdi ki, o, qarşıdurma zamanı Skotun onun elektrik verən silahını götürməsindən sonra atəş açıb.

Kimliyi açıqlanmayan şahid videonu skotun ailəsinə çatdırıb. Ailənin vəkili isə videonu The New York Times-a verməsindən sonra video dünən vebsayta yerləşdirilib.

Ştatın təhqiqat qurumu olan Cənubi Karolina Hüquq-Mühafizə Şöbəsi qətllə bağlı istintaq başladıb. ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqatlar Bürosu isə işlə bağlı öz təhqiqatlarını başladıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG