Accessibility links

Qeyri-real dünyaya səyahət [Video]


Artıq yeni bir dünya var... amma bu dünya real deyil. Virtual reallıq sürətlə inkişaf edən texnologiya sahəsidir və istifadəçilərlə üç-ölçülü təmas imkanı yaradır. Virtual reallıq applikasiyaları daha çox video oyunlarında istifadə olunsa da, artıq təhsil, hərbi təlimlər və cərrahiyyə üsullarının təcrübədən keçilməsində də inkişaf etdirilir. Bu ilin əvvəli Kopenhaqendə açılan Khora Virtual Reallıq mağazası dünyanın ilk virtual reallıq mağazası hesab olunur.

“Khora” sözü yunan filosofu Platona aiddir. O bu sözdən real və qeyri-real arasında bir yeri təsvir etmək üçün istifadə edirdi.

“Khora”nın təklif etdiyi də elə budur. Bura virtual reallıq haqqında öyrənib, onu yaradıb, onunla oynamaq yeridir.

Khoranın “Cityscape Repairman” virtual reallıq oyununda istifadəçilər böyük şəhər infrastrukturunu qoruyub saxlamalıdır, infrastrukturun düzgün fəaliyyəti üçün isə daim qayğı tələb olunur.

Khoranı yaradanlar sadəcə oyun tərtib etmirlər.

“Biz Nyu-yorklu sənətçilər, psixoloqlar, şəhərin əsas xəstəxanası ilə işləyirik. Biz bizneslərə hekayələri virtual reallıq vasitəsilə danışmağın yollarını öyrədirik,” deyə Khoranın baş icraçı direktoru Simon Lajboşitz bildirir.

Virtual reallıq eynəkləri texnologiyası hələ ki çox yeni olsa da, populyarlığının artacağı gözlənilir.

“İnsanları bütün dünyanı gəzmək təcrübəsi ilə təmin etmək çox vacibdir. Bu, Böyük Çin səddi və ya fəza stansiyası və başqa bir yer ola bilər, hər hansı bir yerlə bağlı nə isə öyrənmək istəsən, onu real həyatda görüb, ona toxuna bilərsən,” deyə Khoranın tədbir menecer Morten Haulik bildirir.

Virtual yad planetlilər və dinozavrlarla təmasda olan Kopenhaqen Universitetinin digital media tələbələrinin də etdiyi elə budur.

“İnsanlara virtual reallığı göstərib, sonra eynəkləri çıxarandan sonra, onların “mən burada olduğumu untumuşdum” demələrini çox sevirəm,” Simon deyir.

“Mən daha öncə virtual reallıq barədə oxumuşam və başqalarının da onu sınaqdan keçirdiyini görmüşəm, amma özüm heç vaxt sınanamamışdım. Bu, sanki yeni bir dünyandır. Əlində bir az qəribdədir çünki harada olduğunu unudursan,” deyə tələbə Klara Lükkeqaard bildirir.

Khoranın icraçıları deyir ki, tələbələri bu sürətlə inkişaf edən texnologiya ilə bağlı həyəcanlandırmaq danimarkalıların yeni nəsli üçün virtual reallıq yaradıcılarını həvəsləndirmək və 2020-ci ilədək 3,3 milyard dollar təşkil edəcəyi gözlənilən virtual reallıq bazarından pay əldə etmək üçün çox vacibdir.

Show comments

XS
SM
MD
LG