Accessibility links

Qeyts deyib ki, hər bir ölkənin özünü müdafiə etmək hüququ var


Qeyts deyib ki, hər bir ölkənin özünü müdafiə etmək hüququ var

Qeyts deyib ki, hər bir ölkənin özünü müdafiə etmək hüququ var

ABŞ müdafiə naziri provokasiyalara yol verilməməsinin vacibliyini vurğulayıb

ABŞ müdafiə naziri deyib ki, Cənubi Koreyanın Şimali Koreyanın hər bir yeni hücumuna cavab verməyə haqqı var. Lakin nazir bunun ümumiyyətlə baş verməməsi üçün əlindən gələni edəcəyini bildirib. Robert Qeyts bunu bu gün Yaponiyada yüksək səviyyəli rəsmilərlə görüşəndən sonra deyib.

Mətbuat konfransinda ABŞ-ın Cənubi Koreyanın Şimali Koreyaya hava hücumuna qarşı cıxa bilərmi sualı ilə qarşılaşan Qeyts deyib ki, hər bir ölkənin özünü müdafiə etməyə hüququ var. Lakin müdafiə naziri provokasoyalara yol verilməməsinin vacibliyini vurğulayıb.

Yaponiyanın müdafiə naziri Toşimi Kitazavi bu yaxınlarda Cənubi Koreyada demilitarizasiya zonasından qayıdıb. Orada o, Cənubi Koreyarəsmiləri ilə müzakirə aparıb.

Noyabr ayında Şimali Koreyanın Cənubin Yeonpyeonq adasına artileriya hücumundan sonra ABŞ Yaponiyanı Cənubi Koreyanın müdafiə sahəsində daha geniş rol oynamağa çağırıb.

XS
SM
MD
LG