Accessibility links

Həbsdə olan Tofiq Yaqublunun ailəsi avtomobil qəzasına düşüb


Həbsdə olan Tofiq Yaqublunun ailəsi avtomobil qəzasına düşüb
Həbsdə olan Tofiq Yaqublunun ailəsi avtomobil qəzasına düşüb

Musavat fəalı Çingiz Əlinin vəziyyəti ağırdır

Yanvarın 21-də axşam saatlarında İsmayıllı rayonunun Xənəgə kəndi ərazisində Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu, qızı Nərgiz Yaqublu, musavat fəalı Çingiz Əli və vəkil Xalid Bağırovun olduğu avtomobil Şəkidən gələrkən dumanlı havada qəzaya uğrayıb.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi Fərid Qaralovun Amerikanın Səsinə verdiyi məlumata görə qəza nəticəsində Yaqublunun həyat yoldaşı Maya Yaqublunun onurğa sümüyü sınıb, toxumaları əzilib, sürücü, Müsavat Partiyasının fəalı Çingiz Əli isə beyin əzilməsindən sonra komaya düşüb.

Onun sözlərinə görə Çingiz Əlinin vəziyyəti ağırdır və o, komadadır. Maya Yaqublunun isə həyatı üçün təhlükə yoxdur. Hazırda o cərrahiyə əməliyyatına hazırlanır.

XS
SM
MD
LG