Accessibility links

Xəsarət alan olmayıb

Bu gün səhər saatlarında təyyarə Maştağa qəsəbəsi ərazisinə düşüb.

Bu barədə Amerikanın Səsinə Sabunçu Rayon Polis İdarəsindən bildiriblər.

Məlumata görə “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “CESSNA” markalı iki nəfərlik təlim təyyarəsi Zabrat aeroportundan havaya qalxıb.

Təyyarə Maştağa Olimpiya Kompleksinin yanındakı əraziyə düşüb.

AZAL-ın mətbuat xidmətdən Amerikan Səsinə bildirib ki, bu gün Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Cessna 172 S” birmühərrikli təyyarəsi təlim uçuşları zamanı məcburi eniş edib.

Belə ki, təyyarə ikinci dövrəyə gedərkən mühərrikdə nasazlıq yaranıb və mühərrik sıradan çıxıb: “Təlim təyyarəsində iki nəfər - bir təlimatçı pilot və bir təcrübəçi pilot olub. Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçib və təyyarəni endirib. Nəticədə xəsarət alan olmayıb”, mətbuat xidmətindən bildiriblər.

XS
SM
MD
LG