Accessibility links

AZAL-ın Bakı-Moskva aviareysini yerinə yetirən “Boing-757” təyyarəsi mayın 21-də saat 11.10-da havaya qalxdıqdan sonra yaranmış texniki nasazlıq səbəbindən təcili olaraq yenidən Bakı aeroportuna eniş edib. Nasazlıq hidrosistemlərin birində təzyiqin düşməsi ilə bağlı olub.

Bakı Hava limanının dispetçer xidmətindən Amerikanın Səsinə bildiriblər ki, təyyarə hava limanına uğurlu eniş edib və ziyan çəkən olmayıb. Təyyarənin sərnişinləri saat 13.40-da başqa təyyarə ilə yola salınıb.

XS
SM
MD
LG