Accessibility links

Media Hüququ İnstitutu hesab edir ki, medianın üzərinə onların ödəyə bilməyəcəyi qeyri-adekvat cərimələrin qoyulması özlüyündə senzuradır

Media Hüququ İnstitutu (MHİ) məhkəmələrin tənqidçi medianı, jurnalistləri diffamasiya iddialarına əsaslanaraq yüksək məbləğdə cərimələməsindən ciddi narahatlığını bildirib.
MHİ-nin bəyanatında deyilir ki, yerli məhkəmələr son aylarda bir neçə qəzetə qarşı çox sərt qərarlar çıxarıb.
Nərimanov Rayon Məhkəməsi Xırdalan Pivə Zavodunun rəhbərinin “Xural” qəzetinə, Lənkəran məhkəməsi millət vəkili Novruzəli Aslanovun, Yasamal məhkəməsi Bakı Metropoliteninin rəisinin “Azadlıq” qəzetinə qarşı iddialarını, 2 saylı İnzibati İqtisad Məhkəməsi “Gilan” Holdinqin “Yeni Müsavat” qəzetinə qarşı iddiasını təmin edib. Qəzetlərin iddiaçılara mənəvi zərər əvəzi olaraq ümumilikdə 130 000 manatdan artıq cərimə ödəməsi barədə qərarlar çıxarılıb.
MHİ hesab edir ki, jurnalistlərin, medianın üzərinə onların ödəyə bilməyəcəyi qeyri-adekvat cərimələrin qoyulması özlüyündə elə senzuradır.
Buna görə də təşkilat hökuməti ifadə azadlığı ilə bağlı mülki işlərdə ədalətli qərarlar verməyi təmin edən, demokratik ölkələrin məhkəmə təcrübəsində, xüsusilə Avropa Məhkəməsinin baxdığı işlərdə sınaqdan keçmiş test və meyarları özündə birləşdirən diffamasiya qanununu tezliklə müzakirəyə çıxarmağa və qəbul etməyə çağırır.
XS
SM
MD
LG