Accessibility links

Birləşmiş Ştatlar hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş Qəzza zolağının bərpası üçün maliyyə toplanması məqsədilə keçirilən konfransda fələstinlilərə 212 milyon dollar məbləğində yardım ayırmağa söz verib.

ABŞ Dövlət katibi Con Kerri Qahirədə keçirilən konfransda maliyyənin ayrılacağını elan edərək, Qəzzanın yardıma ehtiyacı olduğunu deyib.ABŞ humanitar yardım üçün artıq 118 milyon dollar ayırıb.

Fələstin liderləri konfransda iştirak edən onlarla ölkənin 4 milyard dollar yardım ayıracağını gözləyir.

Fələstinlilərin prezidenti Mahmud Abbas dəymiş zərərin miqyasını və yardıma ehtiyac olduğunu vurğulayaraq, İsrail və Həmas arasında 50 gün davam edən münaqişə nəticəsində bəzi məhəllələrin bütünlüklə dağıldığını deyib. Münaqişə nəticəsində əksəriyyəti mülki vətəndaşlar olan 2100 fələstinli, İsrail ordusunun 67 əsgəri və altı mülki vətəndaş həlak olub.

Misir prezidenti Əbdül Fəttah Əl-Sissi İsraili 2002-ci il təkliflərinə əsaslanan yeni sülh səylərinə başlamağa çağırıb. Təkliflər İsrailin 1967-ci ildə Yaxın Şərq müharibəsi zamanı işğal etdiyi ərazilərdən çıxmasını nəzərdə tutur.

XS
SM
MD
LG