Accessibility links

Dünya ölkələri müharibədən sonra dağılmış Qəzza zolağında bərpa işlərinə 5,4 milyard dollar məbləğində maliyyə yardımı ayırmağa söz verib.

Norveçin Xarici İşlər naziri Boerge Brende beynəlxalq yardımın ayrılmasını Qahirədə 30 ölkənin iştirakı il keçən donorlar konfransının sonunda açıqlayıb. Bu, Qəzzanın bərpası üçün Fələstin prezidenti Mahmud Abbasın dediyi kimi lazım olan 4 milyard dollardan artıq məbləğdir. Bu maliyyə iyul və avqust aylarında İsrail və Fələstin arasında 50 gün davam edən hərbi münaqişədən sonra böyük dağıntılara məruz qalmış Qəzzanın infrastrukturunun bərpası üçün lazımdır.

Donorlar arasında bir milyard dollar həcmində ən böyük maliyyə yardımını təbii qazla zəngin Qətər ayırmağa söz verib.

ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Ştatların əvvəl ayrılmış 118 milyon dollardan əlavə olaraq 212 milyon dollar məbləğində yeni yardım ayıracağını bildirib.

Avropa İttifaqı ölkələri 568 min, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə isə Qəzzanın bərpası üçün hərəsi 200 milyon dollar məbləğində yardım ayırmağa söz verib.

XS
SM
MD
LG