Accessibility links

Qəzzada Həması hədəf alan partlayış olub


Palestinians inspect a car after it was blown up in Gaza City July 19, 2015.

Palestinians inspect a car after it was blown up in Gaza City July 19, 2015.

Rəsmilər deyir ki, bazar günü səhər Qəzza zolağında ardıcıl partlayışlar nəticəsində 2 nəfər yaralanıb və Həmasa və cihadçı yaraqlılara məxsus 5 avtomobil məhv edilib.

Partlayışın Həmasın istinadgahı olan Şeyx Rədvan məhəlləsində baş verdiyi deyilir.

Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Ancaq hadisə yerindən çəkilmiş şəkillər göstərir ki, divarda İslam Dövləti qrupunun bayrağının şəkli çəkilib.

Hücum Qəzzada Həmasla islamçi ekstremist qrup arasışda hakimiyyət mübarizəsinin davam etdiyini vaxta təsadüf edir.

XS
SM
MD
LG