Accessibility links

QHT-lər Xaçmazda vətəndaş fəallarını saxlayanların cəzalandırılmasını tələb edir


QHT-logo

QHT-logo

QHT-lər ölkə ərazisində, xüsusən regionlarda QHT-lərin fəaliyyətinə yaradılan süni əngəllərə etiraz edir

Ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Seçkilərin Monitorinqi və Demokratiya Mərkəzi və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşlarının Xaçmaz rayonunda polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı bəyanat yayıb.

QHT-lər bəyanatlarında vətəndaş cəmiyyətinin fəallarına olan təzyiqi pisləyərək, bunu ölkədə birləşmək hüququnun pozulması kimi qiymətləndirir.

QHT-lər ölkə ərazisində, xüsusən regionlarda QHT-lərin fəaliyyətinə yaradılan süni əngəllərə etiraz edərək, belə halların hakimiyyətlə vətəndaşlar arasında uçurumun dərinləşdirilməsinə xidmət etdiyini qeyd edir.

“Biz bu neqativ halların qarşısının alınmasını, təqsirkarların qanuna müvafiq surətdə cəzalandırılmasını, ölkənin bütün ərazisində hüququn aliliyinin bərqərar edilməsini tələb edirik”, deyə sənəddə qeyd edilir.

Bəyanatı ölkədə insan haqları, hüquq və demokratiya sahəsində fəaliyyət göstərən 26 QHT imzalayıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Xaçmaz rayonunda planlaşdırdığı iki günlük təlimin təşkilinə həmin rayonun Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi Amil Tahirlinin rəhbərliyi altında bir qrup polis əməkdaşı tərəfindən maneə yaradılıb, təlimçilərlə kobud davranılaraq, onlara qarşı zorakı münasibət göstərilib. Daha sonra onlar polis şöbəsinə gətirilərək, yaxınlarına və özlərinə heç bir məlumat verilmədən, 5 saat ərzində saxlanıb.
XS
SM
MD
LG