Accessibility links

Dağlıq Qarabağın QHT rəhbərləri Azərbaycana kömək üçün müraciət edib


Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev

Bununla yanaşı, A.Quliyev Dağlıq Qarabağ regionundan onlara müraciət edən QHT-lərin adlarını açıqlamayıb.

Azərbaycanın Dağlıq Qarabağ regionundan olan bir neçə qeyri-hökumət təşkilatının rəhbəri beynəlxalq konfranslar zamanı Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəsmi şəxslərinə kömək üçün müraciət edib. Biz millətindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının təsis etdiyi bütün QHT-lərin layihələrini Azərbaycan qanunvericiliyinə uyğun olaraq dəstəkləməyə hazırıq. Bu barədə Amerikanın Səsi radiosuna Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib.

O, Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionunun erməni əsilli qeyri-hökumət təşkilatının rəhbərlərini Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına rəsmi olaraq layihələrdə iştirak üçün müraciət etməyə çağırıb. “Millətindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı, o cümlədən Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız maliyyə dəstəyi ilə bağlı keçirilən müsabiqələrdə iştirak edə bilər. Hazırda bizim layihələrdə ölkədə yaşayan bütün millətlər iştirak edir”, - deyə o qeyd edib.

Bununla yanaşı, A.Quliyev Dağlıq Qarabağ regionundan onlara müraciət edən QHT-lərin adlarını açıqlamayıb. “Biz vətəndaşlarımızın təhlükəsizliyi baxımından onların adlarını açıqlaya bilmərik. Hətta, həmin təşkilatları maliyyələşdirdikdən sonra da onların adlarını açıqlamayacağıq”, - deyə şura sədri bildirib.
XS
SM
MD
LG