Accessibility links

Əfqanıstan, Pakistan və İran qəşiş qaçaqmalçılığının qarşısının alınmasını müzakirə edir


Əfqanıstan, Pakistan və İran qəşiş qaçaqmalçılığının qarşısının alınmasını müzakirə edir
Əfqanıstan, Pakistan və İran qəşiş qaçaqmalçılığının qarşısının alınmasını müzakirə edir

Əfqanıstan, Pakistan və İranın nazirləri qəşiş qaçaqmalçılığının qarşısının alınması və bu narkotik maddənin reginonda istehsalına qarşı mübarizə yollarını müzakirə etmək üçün Kabildə bir araya gəlmişlər.

BMT-nin Narkotik Maddələr və Cinayətlər üzrə Agentliyi tərəfindən təşkil edilən müzakirələr bu gün ikinci gündür davam edir. Agentliyin başçısı Yuri Fedotov Associated Press agentliyinə verdiyi müsahibə zamanı hökumətin və beynəlxalq ictimaiyyətin illərdir mübarizə apardığına baxmayaraq, Əfqanıstanda qəşiş istehsalının artmaqda davam etdiyini deyib.

Cənab Fedotov Reuters xəbər agentliyinə isə deyib ki, 2014-cü ildə xarici qüvvələrin ölkəni tərk etməsindən sonra BMT bu problemlə mübarizədə daha geniş rola malik olacaq.

Dünya boyu yayılan qəşişin 90 faizi Əfqanıstanda istehsal olunur.

XS
SM
MD
LG