Accessibility links

Dekabrın 1-i Dünya QİÇS günüdür.

BMT-nin baş katibi QİÇS-lə mübarizədə nailiyyətlər əldə edildiyini bildirib, lakin inkişafların kövrək olduğunu deyib. Ban Gi Mun dünya liderlərini əsasən qadın və uşaqlar olmaqla, 2030-cu ilədək QİÇS-in aradan qaldırılması üçün bütün lazımi tədbirlərin görülməsinə çağırıb.

Hazırda dünyada 35 milyon insan QİÇS-ə yol açan HİV virusu ilə yaşayır. 19 milyon insan xəstə olduğunu bilmir.

BMT təhlillər və virusa qarşı dərman imkanlarının artırılmasına səsləyir.

HİV virusu daşıyıcılarının 70 faizi Böyük Səhraaltı ölkələrin payına düşür.

Baxmayaraq ki, 2005-ci ildən bu Afrika ölkələrində infeksiyaya yoluxma halları azalıb.

Eyni zamanda Yaxın Şərq, Şimali Afrika, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində xəstələrin sayı artıb.

BMT 2015-ci ilədək xəstələrin sayının yarıya endirilməsini qaşıya məqsəd qoyub.

Dünya QİÇS günü 1988-ci ildən qeyd edilir.

XS
SM
MD
LG