Accessibility links

Dünyada 37 milyon insan HİV virusu daşıyıcısıdır


Dekabrın 1-i Beynəlxalq QİÇS Günü ərəfəsində açıqlanan hesabatda dünyada QİÇS xəstələrinin əvvəllər görünməmiş səviyyədə dərmanlar qəbul etdiyi bildirilir. Hesabatda deyilir ki, ötən il bu xəstəlikdən 1 milyondan çox adam vəfat edib. Bu göstərici on il əvvəl bundan iki dəfə çox idi.

Dünyada 18.2 milyon xəstənin dərmanlar və səhiyyə sisteminə çıxışı var.

BMT-nin QİÇS-lə mübarizə agentliyi 2020-ci ilədək 30 milyon insanın müalicəsinin qarşıya məqsəd qoyulduğunu bildirir.

İnvestisiya və xəstəliyin qarşısının alınması səyləri ilə QİÇS-i aradan qaldırmaq olar

Agentliyin strateji informasiya və dəyərləndirmə şöbəsinin müdiri Peter Qisin dediyinə görə, investisiya və xəstəliyin qarşısının alınması səyləri ilə QİÇS-i aradan qaldırmaq olar.

“Bizim təxminlərimizə görə, maliyyə yardımı ilə 2020-ci ilədək məqsədimizə nail ola bilərik. Bu, 2030-cu ilədək HİV epidemiyasının sonu ola bilər. Pulsuz buna nail olmaq qeyri-mümkündür.”

Hazırda agentlik xəstəliklə mübarizəyə hər il 19 milyard dollar sərf edir. Təxminlərə görə, gələn 7 il üçün hər il 26 milyard dollara ehtiyac olacaq.

Afrikanın Böyük Səhraaltı ölkələri HİV virusunun geniş yayıldığı bölgə olaraq qalır. Qisin dediyinə görə, dünyanın o regionunda qızlar xəstəliyə yoluxma riski altındadır.

“Hesabatda 15-lə 19 yaş arasında qızların infeksiyaya yoluxma riskinin yüksək olduğuna dair dəlillər var.“

Qisin dediyinə görə, bu qızların əksəriyyətinin xəstə olduqlarından bixəbər ikən virusu digərlərinə keçirmək riski olduqca yüksəkdir.

Hesabatda dünyada 37 milyon insanın HİV virusu daşıyıcısı olduğu və 2015-ci ildə 2.1 milyon insanın HİV virusuna yoluxduğu deyilir.

Bildirilir ki, böyüklər arasında 2010-cu ildən bəri HİV virusuna yoluxma hallarında eniş müşahidə edilməyib. Uşaqlarda isə 50 faiz eniş aşkarlanıb. Ötən il belə uşaqların sayı 150 min təşkil edib.

XS
SM
MD
LG