Accessibility links

Beynəlxalq QİÇS Konfransı işini davam etdirir


ABŞ-ın sabiq birinci xanımı Lora Buş Vaşinqtonda keçirilən Beynəlxalq QİÇS Konfransındakı çıxışı zamanı bu öldürücü xəstəliklə mübarizə sahəsində ciddi nailiyyətlər əldə edildiyini deyib.

Çıxışı sürəkli alqışlarla qarşılanan xanım Buş əsasən Afrika olmaqla, Amerikanın QİÇS-lə mübarizəyə milyardlarla dollar sərf etdiyini xatırladıb. Lakin bütün bu səylərə baxmayaraq, xəstəliklə mübarəzədə tibbi inkişaflar hələ də narahatlıq doğurur.

Alimlər internetdə seks sənayesi müştərilərinin yeni müalicə üsulları ilə bölüşdüyünü bildirib.

Avstraliyanın Monaş universitetindən tədqiqatçı Şeril Overs qeyri-effektiv metodların HİV virusunun yayılmasına səbəb olduğunu deyib.

Ümumdünya Səhiyyə Təşkilatından doktor Qorfrid Hirnşal deyib ki, bu sahədə daha artıq işlər görülməlidir. Təşkilat 2015-ci ilədək 15 milyon insanın dərmanlarla təmin edilməsini
qarşıya məqsəd qoyub.

BMT dünyada 34 milyon insanın HİV daşıyıcısı və ya QİÇS xəstəsi olduğunu bildirir. 2011-ci ildə bu xəstəlik səbəbi ilə 1.7 insan dünyasını dəyişib.
XS
SM
MD
LG