Accessibility links

Heç bir uşaq QİÇS virusu ilə doğulmamalıdır [Video]


Bu günlərdə QİÇS virusu 16 il bundan öncə Cənubi Afrikada keçirilən Beynəlxalq QİÇS Konfransının keçirildiyi vaxtdan daha fərqlidir. Virusun qarşısının alınmasında bir çox uğur əldə olunub.

Bizim maliyələşdirdiyimiz araşdırmaların birində İİV üçün testlərin və müalicələrin klinika əvəzinə kilsədə keçirlməsinin yolları axtarılır.

Vaxt var idi, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə doğulan uşaqlar ölürdü. İndi isə bütün uşaqlar QİÇS-siz yaşaya bilər, anaları virusa yoluxmuş olsa belə. Bu il Tayland İİV-in anadan-uşağa yoluxması hallarınının tamamilə qarşısnıı alıb. Haiti kimi ölkələrin də bunu etməsinə çox az qalıb.

“Anadan uşağa yoluxma hallarının qarşısının alınması İİV tədqiqatı sahəsində əldə olunan ən böyük uğurlardandır. Ancaq buna baxmayaraq, aşağı və orta gəlirli ölkələrdə hələ də hər il 150 min uşaq İİV-ə yoluxur,” deyə Milli Səhiyyə İnstitutlarından Reyçel Sterk bildirir.

Məqsəd İİV-ə yoluxan qadınlara müalicə tətbiq etmək və bu müalicəni ömürləri boyu davam etdirməkdir. Amma problem ondan ibarətdir ki, klinikalar çox uzaqda yerləşir, dərman əldə etmək də problemdir. Uzun müddət dərmanı qəbul etmək də həmçinin. Milli Səhiyyə İnstitutlarının araşdırmaçıları qadınların sağlam qalmalarını asanlaşdırmağın yollarını tapmaq üzərində işləyirlər.

“Bizim maliyələşdirdiyimiz araşdırmaların birində İİV üçün testlərin və müalicələrin klinika əvəzinə kilsədə keçirlməsinin yolları axtarılır,” Reyçel Sterk deyir.

Bundan əlavə İİV-in anadan uşağa yoluxma hallarının azalmasının başqa üsulları da bir nəticə göstərib. Məsələn kişilərə də müalicə yazmaq qadınlara müalicələrini davam etdirməyə yardım edir. Evdə test və müalicə olmaq da nəticə göstərib.

Anadan uşağa yoluxma hallarının qarşısının alınması İİV tədqiqatı sahəsində əldə olunan ən böyük uğurlardandır. Ancaq buna baxmayaraq, aşağı və orta gəlirli ölkələrdə hələ də hər il 150 min uşaq İİV-ə yoluxur.

Bu yanaşmanın rəsmi adı “həyata tətbiq elmi”dir. Bu yanaşma müalicəni nəyin uğurlu edəcəyini araşdırır.

“İlk vacib olan onların dərmanları düzgün qaydada verib-vermədiklərinin yoxlanılması. İkincisi ana sağlamlığının müntəzəm olaraq yoxlanılmasının təmin edilməsi. Üçüncü isə siyasi dəstəyin olmasıdır,” deyə Dr. Tom Frieden bildirir.

Anadan uşağa yoluxma hallarının qarşısının alınması üçün lazım olan hər şey var. Problem bunu həyata keçirməkdir. Məqsəd isə illik 150 min anadan uşağa yoluxma hallarını sıfıra endirməkdir.

XS
SM
MD
LG