Accessibility links

Qırğızıstan rəsmiləri deyir ki, dünən hərbi yanacaqdoldurma təyyarəsinin qəzaya uğramasında sonra bu gün iki ABŞ pilotunun cəsədi aşkar edilib.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin sözçüsü deyib ki, axtarış komandası parçalanmış cəsədləri şənbə günü səhər saatlarında tapıb.

Cəsədlərin kimə məxsus olması dərhal müəyyən edilə bilməyib və hazırda qəzaya uğramış təyyarədə olan üçüncü amerikalı pilot, o cümlədən təyyarənin qara qutusunun axtarışları davam edir.

Hadisə şahidləri təyyarənin yerə düşərkən havada parçalara ayrıldığını deyir.

Yerli media şahidlərə istinadən bildirir ki, təyyarə qəzaya uğrayarkən havada paraşüt görünüb.

Əvvəllər Əfqanıstanda döyüşən ABŞ qüvvələrini dəstəkləyən Amerika hava bazasından 160 kilometr qərbdə baş vermiş qəzanın baş vermə səbəblərinin araşdırılmasına dair istintaq aparılır.
XS
SM
MD
LG