Accessibility links

Qırmızı ət, yoxsa bitki zülalı? [Video]


Orta hesabla amerikalıların əksəriyyəti çoxlu ət, əsasən də qırmızı ət yeyir. Ətin zülalla zəngin olduğu doğrudur. Amma uzun və sağlam həyat yaşamaq istəyənlər, zülalı bitkilərdən almalıdırlar.

Amerikalıların burgeri çox sevdiklərinə heç bir şübhə yoxdur, amma yeni araşdırma nəticələri onların burgeri daha az sevməli olduğunu göstərir.

Massaçusets General Hospitalı və Harvard Universitetindən Dr. Minqyanq Sonq və Dr. Endryu Çan heyvan və bitkidən əldə edilən zülalların insan sağlamlığına olan təsirərini araşdırıblar. Onlar iki mühüm, uzun müddətdir davam edən və 130 min iştirakçının cəlb olunduğu araşdırmanın aparıb. Tədqiqatçılar iştirakçıların qidalanma rejimi, həyat tərzi və səhhəti ilə bağlı məlumat toplayıb və hərtərəfli təhlildən sonra belə bir nəticəyə gəliblər ki, zülalın böyük hissəsini heyvanlardan alan şəxslərin ölüm riski daha yüksəkdir, xüsusən də, ürək-damar xəstəlikləri səbəbilə.

“Bu risk həmçinin qeyri-sağlam həyat tərzi sürən insanlar arasında daha yüksəkdir,” deyə doktor Minyanq Sonq bildirir.

Əsasən bitkidən gələn zülaldan ibarət qidalanma uzunömürlülük üçün heyvandan gələn zülala əsaslanan qidalanmadan daha faydalıdır.

Zülal əzələ və sümükləri bərpa etməyə yardım edir. Bu, çox mühümdür. Ancaq xüsusilə də qırmızı ətdə çoxlu xolesterin var və bu da ürək xəstəliklərinin ən əsas səbəblərindəndir. Araşdırmaçılar ürək-damar problemlərinin sadəcə ət yeyən, ancaq eyni zamanda da siqaret çəkən, ağır spirtli işki qəbul edən, kök və oturaq həyat sürən insanlarda daha çox olduğunu aşkar edib.

Onlar həmçinin heyvanlardan alınan zülalı bitkidən gələn zülalla əvəzləyən insanlarda erkən ölüm riskinin azaldığını aşkar ediblər.

“Əsasən bitkidən gələn zülaldan ibarət qidalanma uzunömürlülük üçün heyvandan gələn zülala əsaslanan qidalanmadan daha faydalıdır,” deyə Enryu Çan bildirir.

Bu araşdırma JAMA Internal Medicine jurnalında dərc olunub.

XS
SM
MD
LG