Accessibility links

Ermənistana keçən qadın Azərbaycana qaytarılıb


Beynəlxalq Qırmızı Xaç

Beynəlxalq Qırmızı Xaç

Qətibə Ələkbərova iyunun 7-də qeyri-müəyyən şəraitdə sərhədi keçib

Bu il iyunun 7-də Ermənistan sərhədini keçən mülki Azərbaycan vətəndaşı iyunun 10-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında repatriasiya olunub.

BQXK-nın Bakı ofisinin məlumatına görə, o, Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Azərbaycan rəsmilərinə təhvil verilib.

BQXK, neytral vasitəçi qismində çıxış edərək, Azərbaycan və Ermənistan hakimiyyət orqanlarına bu əməliyyatın həyata keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri qadın Azərbaycana göndərilməmişdən əvvəl onunla rəftar və saxlandığı şəraiti qiymətləndirmək üçün ona baş çəkiblər.

Gədəbəy rayonu, Arabaçı kənd sakini Qətibə Ələkbərova iyunun 7-də qeyri-müəyyən şəraitdə Azərbaycan və Ermənistan Ordusunun nəzarət etdiyi dövlət sərhədlərini keçib. Ələkbərova Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatındadır.

XS
SM
MD
LG