Accessibility links

Azərbaycan Qırğız Respublikasına humanitar yardım göndərib


Humanitar yardım (Foto report.az saytından götürülüb)
Humanitar yardım (Foto report.az saytından götürülüb)

Dekabrın 7-də bu ilin noyabrında Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycan hökuməti adından bu ölkəyə humanitar yardım yola salınıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan və ümumi dəyəri bir milyon manat olan humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 240 ədəd çadır, 6006 kv m dam örtüyü (dəmir şifer), 70 kub m taxta, 40.000 metr reyka, 26 tondan artıq benzin, 29 tona yaxın dizel və 195 ədəd istilik sobası daxildir.

Humanitar yardımın yükləndiyi 20 avtomaşın bərə ilə Qazaxıstanın Aktau limanına aparılacaq. Yardımın daşınması üçün Qazaxıstandan əlavə iki avtomaşın da cəlb olunacaq. Sonra həmin 22 avtomaşın Qırğızıstana doğru hərəkət edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG