Accessibility links

Qiyas İbrahimovun son sözü: Həbslər, işgəncələr bizi köləyə və qula çevirməz! [Video]


Qiyas İbrahimov (İllustrasiya meydan.tv saytından götürülüb)

Qiyas İbrahimov (İllustrasiya meydan.tv saytından götürülüb)

Məhkəmə fəala 10 il həbs verib, prokuror 9 il istəmişdi

Qiyas İbrahimov məhkəmədə son sözlə çıxış edib. Məlum olub ki, gənc fəalın hazırladığı son sözün yazılı mətnini ondan alıblar.

Qiyas ibrahimovun son sözünün əsas məqamlarını təqdim edirik:

“Verilən bu ittihama görə özümü müdafiə etmək fikrim yoxdur. Narkotik ittihamını müdafiə etmirəm. Vicdanı olan və olmayan hamı kimi Siz də nəyə görə hökm verildiyini bilirsiniz", o hakimə müraciət edib.

Fəal qeyd edib ki, bu ittihamın qaranlığında yatan əsl səbəb, ölkənin mövcud sisteminin yalanlarına yetəri qədər sivil şəkildə, adi tələbə-gənc ruhu ilə etiraz etməyidir.

Köləliyi azadlıq kimi göstərən rejimdə yazılmamış qanunları pozanda cəzasız qalmaq mümkün deyil.

“Biz heç bir yazılı qanunu pozmamışıq. Hansı ki, bu sistem yazılmamış qanunları ayaqda tutur, köləliyi azadlıq kimi göstərir. Köləliyi azadlıq kimi göstərən rejimdə yazılmamış qanunları pozanda cəzasız qalmaq mümkün deyil. Bir aktivistin dinc etirazı, blogerin hazırladığı video, jurnalistin yazdığı gerçəklərdir. Mən də həmin yazılmamış qanunu pozmuşam və bu vəziyyətdə olanların sırasına qoşulmuş sayılıram. Biz, cibimizə qoyulan narkotiki, “Molotov kokteyli”ni sübut etməkdəm əziyyət çəkmirik”, o deyib.

O hesab edir ki, etirazları ilə "kresloda kök salanların" artıq getmək vaxtının çatdığını göstəriblər. Biz həmin kreslolarda oturmaq istəmirik.

Mən etirazımı heykələ yazdığım şüarlarla bildirdim. Sistemin öz yalanlarını doğru kimi qəbul etməmək üçün etiraz etməyim Bayram və mənim həyatda olmayan bir şəxsi təhqir edib, hay-küy qaldırmağımız kimi başa düşülməməlidir.

“Mən etirazımı heykələ yazdığım şüarlarla bildirdim. Sistemin öz yalanlarını doğru kimi qəbul etməmək üçün etiraz etməyim Bayram və mənim həyatda olmayan bir şəxsi təhqir edib, hay-küy qaldırmağımız kimi başa düşülməməlidir. Buna görə, bizə verilən cəza isə başın içində beyin yerinə pambıq gəzdirməkdir”.

O gənclərə yer süpürtdürülərək guya alçaltdığna da münasibət bildirib.

“Aciz məxluqlar başa düşmür ki, biz onun dediyini eləməklə alçalmırıq. Biz o zaman alçalırıq ki, küçələri yaşlı nənələr süpürür, oturub kresloda kök salırlar, bizim kimi gənclərə “qabağımda diz çökməlisiniz mən şaham” deyirlər. Meydanlarda anaları sürüyürlər. Nardarana girib orada haqqlarını istəyənləri öldürüb, qalanlarına da işgəncə verib qorxutdular. Bizi alçaldan budur”.

Qiyas İbrahimov qabaqcadan həbsini gözünün altına aldığını deyib.

Mən də bütün ümidlərimi çöldə qoyub bu məhkəmə salonuna girmişəm. Bu həbslər mənim üçün və başqaları üçün müvəqqəti çətinlikdir.

“Bütün vicdan məhbusları məhkəmə qapısından içəri girəndə ümidlərini çöldə qoyub gəlirlər. Mən də bütün ümidlərimi çöldə qoyub bu məhkəmə salonuna girmişəm. Bu həbslər mənim üçün və başqaları üçün müvəqqəti çətinlikdir. Bu çətinliyi çəkməkdən qorxmuruq. Anama demək istəyirəm ki, olmayan ədalətdən bəraət istəməsin”.

Fəal bir daha bildirib ki, heykələ şüar yazaraq sistemin ədalətsizliyinə etiraz etməyi həyatda olmayan birinin ruhunun təhqir olunması kimi qiymətləndirilir.

"Öz babanın qəbrinə yazardın deyirlər. Təcridxana rəisi deyir ki, bu hərəkətinə görə xalq səni linç edə bilər. Heç özü buna inanırmı? Biz bu hakimiyyətin köləsi olmamağı anlamışıq, doğruların, doğruları deyənlərin yanında olmuşuq. Sistem bizləri darmadağın etməyi düşünürdü. Amma bunu bacarmadılar. Təcridxanada deyirlər ki, siz özünüzü dərin quyuya salmısız. Bəli, biz özümüzü quyuya salıb, quyunun suyunu tapmağa çalışırıq. Bu su sistemin çirkablarını yuyub təmizləyə bilər. Biz bu məqsədlə bu yola girmişik və sizlərdən də əfv diləməyəcəyik".

Açığı bu hal məni çox şənləndirir.

İbrahimoun fikrincə, onun son sözümdən sonra dövlət ittihamçısının üzündən görmək olur ki, o 9 il istədiyi və ittihamdakı maksimum cəzanı istəmədiyi üçün peşmandır.

“Açığı bu hal məni çox şənləndirir”, o istehza edib.

“Cənab hakim haqqımda qərar verəndə çəkinməyin. Biz doğru olana inanırıq. Ona görə də həbslər, işgəncələr bizi köləyə və qula çevirməz!” Qiyas İbrahimov hakimdən ədalət gözləmədiyinə işarə edib.

"Mənim oğlumdan 10 il çaldı İlham Əliyev - oğlunun vəzifədə oturması üçün," deyə Qiyasa oxunan hökmə siyasi məhbusun anası Şura xanım reaksiya verib. Oğlu ilə qürur duyduğunu bəyan edən ananın sözlərinə görə Azərbaycanda Qiyas kimi gənclər çoxdur. "İlham Əliyev, onlardan qorx, Qiyasdan qorxma artıq!" deyə ana BBC Azərbaycan xidmətinə bildirib.

Dövlət ittihamçısı məhkəmədən Qiyas İbrahimova 9 il həbs istəmişdi. Hüquq müdafiəçilərinin fikrincə, məhkəmənin dövlət ittihamçısının istədiyindən çox həbs verməsi Azərbaycan məhkəmə tarixində çox nadir hallarda baş verib. "Bu, nonsensdir. Bu, yerli qanunvericiliyə, hakim əxlaqına, beynəlxalq hüquqa, ədalətə, haqqa ziddir. MTN-nin qoçularına minnətdarlıq yazan hakimdən nə gözləmək olar?" hüquq müdafiəçisi İntiqam Əliyev Amerikanın Səsinə bildirib.

Human Rights Watch, Amnesty International və Freedom House kimi beynəlxalq insan haqları təşkilatları Azərbaycan hökumətinin məhkəmələrdən tənqidçilərinə qarşı cəza mexanizmi kimi istifadə etmək siyasətini tənqid edirlər.

Qiyas İbrahimov və Bayram Məmmədov bu il mayın 10-da qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs olunublar. Amma onların vəkilləri həbslərinin əsl səbəbi kimi Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” və “Rədd olsun sistem!” şüarları yazmalarını göstərir.

Azərbaycanda müxalifət üzvləri, dissidentlər, jurnalistlər və sivil cəmiyyət fəalları tez-tez qeyri-siyasi ittihamlarla həbs olunur və uzun müddətli həbs cəzalarına məhkum edilirlər. Human Rights Watch, Amnesty International və Freedom House kimi beynəlxalq insan haqları təşkilatları Azərbaycan hökumətinin məhkəmələrdən tənqidçilərinə qarşı cəza mexanizmi kimi istifadə etmək siyasətini tənqid edirlər.

Ənvər Seyidov

Ənvər Seyidov

Hökmü oxuyan hakim Ənvər Seyidov 1972-ci ildə Azərbaycan Sovet İttifaqının tərkibində olduğu vaxt hüquqşünas qismində əmək fəaliyyətinə başlayıb. Ədliyyə sistemindəki fəaliyyətindən əlavə Seyidov bədii yaradıclıqla da məşğul olur. Onun yazdığı ssenarilər əsasında "Təlatüm" (2006) və "Dələduzlar" (2014) filmləri çəkilib. Seyidov "Qızıl Qələm" və "Qızıl Qılınc" mükafatlarının laureatıdır.

XS
SM
MD
LG