Accessibility links

Qiyas İbrahimov apellyasiya şikayəti verib


Noyabrın 10-da NİDA Vətəndaş Hərəkatının fəalı Qiyas İbrahimov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilib. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

“Bu gün Qiyas İbrahimovun 10 il azadlıqdan məhrum edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qanunsuz və əsassız hökmündən 25 səhifəlik apellyasiya şikayətimi Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdim. Apellyasiya şikayətində Qiyas İbrahimova bəraət verilməsini tələb etmişik”, vəkil yazır.

Heydər Əliyevin heykəli
Heydər Əliyevin heykəli

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov bu il mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar. Hər iki gənc narkotikin qanunsuz dövriyyəsində ittiham olunur.

Dövlət ittihamçısının 9 il həbs istəməsinə baxmayaraq bu il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov Qiyas İbrahimovun 10 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Amnesty International Qiyas İbrahimovu və Bayram Məmmədovu "vicdan məhbus"u elan edib.

Qurum hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtadır.

"Gəncləri siyasi fəaliyyətinə görə cəzalandırmaq yeganə məqsəd olub", Amnesty İnternational qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG