Accessibility links

Qiymətlər bahalaşıb


Ərzaq
Ərzaq

2015-ci ilin dekabrında Turan Agentliyinin tərtib etdiyi 30 əsas ərzaq məhsulundan ibarət istehlak səbətinin qiyməti Bakıda 11,52% bahalaşıb.

Bu, ötən ilin əvvəlindən indiyədək olan dövrdə ən yüksək sıçrayışdır.

Dekabrda xiyar (+57,1%), pomidor (+48,6%), kartof (+ 38,8%), soğan (+36,7%), alma (+20%), şəkər tozu (+36%), 1-ci növ un (+28,5%), yumurta (+27,7%), kərə yağı (+29,6%), qarğıdalı yağı (+19,3%), düyü (+18,3%), marqarin (+16,3%), süd (+14,9%), qatıq (+7,8%), mal əti (+6,6%), qoyun əti (+5,2%) bahalaşıb.

Qiymətlər dekabrın 21-dəki devalvasiyadan sonra kəskin bahalaşıb. Agentlik hesab edir ki, bahalaşma həm də Yeni illə bağlıdır. Məsələn, uzun müddətli durğunluqdan sonra 2014-cü ilin dekabrında qiymətlər 10,3% bahalaşmışdı.

Qiymət artımı ərzaq bazarının (istər qida məhsulları, istərsə də komponentlər) idxaldan yüksək asılılığını göstərir.

XS
SM
MD
LG