Accessibility links

Birinciliyi Amerikaya kişi snoubord idman növü üzrə Seyc Konsenburq qazandırıb

ABŞ Qış Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. Birinciliyi Amerikaya kişi snoubord idman növü üzrə Seyc Konsenburq qazandırıb.

Qadınlar arasında norveçli idmançı Marit Bjoergen skiatlon üzrə qızıl medala layiq görülüb. Norveç artıq 3 medal qazanmış olur.

Medallatın təqdimatı bu gün olmalıdır.

Rusiyanın Qara dəniz liman şəhəri Soçidə Qış Olimpiya Oyunlarına fevralın 7-də start verilib.
Minlərlə ziyarətçi Fisht stadionunda açılış mərasimini izləyib.

Rusiya prezidenti Vladimir Putin və BMT-nin baş katibi Pan Gi Mun daxil edilməklə, dövlət və hökumət başçıları mərasimdə iştirak edib.

ABŞ prezidenti Barak Obama və Avropa İttifaqı liderlərinin bəzisi tədbirə qatılmayıb.

Olimpiya şəhərciyində mümkün terror hücumları ehtimallarına görə təhlükəsizlik tədbirləri gücləndirilib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib ki, Soçi oyunlarında təhlükəsizlik səbəbi ilə iştirak etməmək ədalətsizlikdir. Onun dediyinə görə, bütün digər Sidney-2000, Afina-2004, Salt Lake City-2002 kimi Olimpiyadalar da terror təhlükəsi mövcud olub.

Rusiya Soçi oyunlarının təhlükəsizliyinə 2 milyard dollar xərcləyib.
XS
SM
MD
LG