Accessibility links

Qırmızı Xaç Komitəsi Azərbaycanda saxlanılan erməni hərbçisinə baş çəkib


Beynəlxalq Qırmızı Xaç Komitəsi
Beynəlxalq Qırmızı Xaç Komitəsi

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları ötən ilin dekabrında Ağdam rayonunda saxlanılan Ermənistan hərbçisinə baş çəkiblər.

Qurumun Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, hərbi əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb. BQXK əsirə bir neçə gün qabaq baş çəkib.

İ. Hüseynovanın sözlərinə görə, qurum mandatına uyğun olaraq, saxlanılan şəxslərin saxlanma şəraitini və onlarla davranışı monitorinq etmək, ailələri ilə əlaqə saxlanmasına yardımçı olmaq üçün baş çəkilir.

Rəsmi məlumata görə, 2014-cü il dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu sektorunda ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bu zaman Azərbaycan hərbçiləri tərəfindən bunun qarşısı alınıb.

Hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç əsir götürülüb. O, Azərbaycan Cinayət Məcəlləsinin cinayətkar birlik-təşkilatda iştirak etmə, cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə, iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə və digər maddələri ilə ittiham olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Baqdasaryan Arsen Eduardoviç cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG