Accessibility links

Azərbaycandan Gürcüstana keçirilən 12 kiloqram qızıl saxlanılıb


Gürcüstana qanunsuz olaraq 12 kiloqram yüksək əyarlı qızıl və 131 950 dollar keçirməyə cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıb. Bu barədə Novosti-Qruziya ölkənin Maliyyə Nazirliyinin istintaq xidmətinə istinadən bildirib.

Qızıl külçələrdən ibarət qeyri-leqal yük “Qırmızı körpü” (Gürcüstan-Azərbaycan sərhəddi) nəzarət-buraxılış məntəqəsində (Bakıdan 500 kilometr qərb) saxlanılıb və 490 min dollar həcmində dəyərləndirilib.

Azərbaycan vətəndaşları qızıl və dolları avtomobildə xəlvət yerdə gizlədərək keçirmək istəyiblər. Onlar saxlanılıb, qızıl və pul maddi sübut kimi götürülüb. Cinayət işi qaldırılıb. Saxlanılan şəxsləri 8 ildən 11 ilədək azadlıqdan məhrumolunma təhlükəsi gözləyir.

Bu ilin fevralında isə İstanbulda iki nəfər Azərbaycan vətəndaşının olduğu avtomobil saxlanılıb. Onlar ümumi çəkisi 33 kiloqramdan çox olan 39 ədəd qızıl külçə aparırmış. İndiyədək Azərbaycanın rəsmi orqanları həmin qızılın kimə məxsus olması, istintaqın gedişi ilə bağlı açıqlama verməyib.

XS
SM
MD
LG