Accessibility links

ABŞ-da qızlar dəqiq fənlərə həvəsləndirilir [Video]


ABŞ-da qızlar dəqiq fənlərə həvəsləndirilirlər
please wait

No media source currently available

0:00 0:04:03 0:00

Obama administrasiyası gənc amerikalıların elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə təhsilinə 3 milyard dollar sərmayə qoyacaq.

Prezident Barak Obamanın STEM kimi tanınan 5-illik Strateji Planı elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində tələbə və müəllimlərin sayını artırmağa yönəlib. Statistikalar gələn onillərdə bu sahələrdə təhsil alan tələbələrə böyük tələbat yaranacağını göstərir. Lakin STEM sahələrinə maraq göstərən çox az gənc var. Qızlar oğlanlardan daha da az maraqlanırlar. Bu reportajda valideyinlərin uşaqlarına aldıqları oyuncaqların onların gələcəkdə seçəcəkləri peşəyə nəcə təsir etdiyi araşdırılır.

Bioloji elmi çıxmaq şərti ilə STEM sahələrindəki iş yerlərinin rəhbərliklərinin əksəriyyətini kişilər təşkil edir.

3 milyon dollar - bu məbləğ Obama administrasiyasının gənc amerikalıların elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrindəki təhsilinə sərmayə qoyacağı puldur. Səbəbi isə STEM sahəsindəki iş yerlərinin gələn illərdə artacağının gözlənilməsidir.

Lakin problem ondadır ki, qızlar bu sahəyə oğlanlardan daha az maraq göstərirlər. Qızlar STEM tələbələrinin yalnız 25 faizini təşkil edir. ABŞ Təhsil Departamentinin əməkdaşı Camsie McAdams bunun səbəbinin qızların bu sahədə xoş qarşılanmadığının ola biləcəyini bildirir.

“Bioloji elmi çıxmaq şərti ilə STEM sahələrindəki iş yerlərinin rəhbərliklərinin əksəriyyətini kişilər təşkil edir. Biz qadınlar isə rəhbərlikdə özümüzə oxşar insanları görmək istəyirik. Çox vaxt qadınları bu sahədə oxumaq və ya işləməkdən yayındıran məqam isə onların bu sahədə xoş qarşılanmadıqlarını hiss etmələridir."

Robot
Robot

Mühəndis Debbi Sterlinq qızlar üçün tikinti oyuncaqları ixtira edir. “Goldie Blox” adlanan oyuncaqlar qızlara fəza bacarıqlarını inkişaf etdirir ki, onların tikinti və mühəndislik sahələrində maraqları artsın və onlarn dünyaya qurucu və yaradıcı gözləri ilə baxsınlar.

Qızların maraqlarını artırmaq üçün Sterlinq “Goldie” adlı obraz yaradıb. Tanınmış “Barbie” kuklasından fərqli olaraq Goldie diqqətini gözəllik və dəbə yönəltmir. Goldie hekayə danışa, çətin problemləri həll edə və yeni dünya yarada bilir.

7 yaşlı Mianın otağında Barbie və ya qızlar üçün nəzərdə tutulan başqa oyuncaq yoxdur. Əvəzində onun otağında alət lövhəsi, təkərlər, oyuncaq kubiklər və kiçik ixtiraçının gündəliyi var. Mia 5 yaşından elmlə maraqlanır. Goldie Blox oyuncaqları ərsəyə çıxdığından Mianın başı çox qarışıb.

“Nənəm mənə ipəyirən maşın alanda mən çox sevinmişdim. Mən onun mühədisliklə əlaqəsi olduğunu bilirdim, ona görə də qutunu götürüb tez açdım. Daha sonra mən internetdə çoxlu videoları izləməyə başladım. Anam məndən niyə maşını qurmaq əvəzinə videoları izlədiyimi soruşdu. Mən də ona quraşdırmaq üçün lazımı alətlərimin olmadığını dedim. Anam mənə onları aldı.”

GoldieBlox-ın ideyası iki şeyi birləşdirmək idi. Birincisi mühəndislik prinsiplərindən istifadə edərək tikinti və aparatların quraşdırması biliyi. İkinicisi isə hekayə anlatmaq bacarığı, çünki balca qızlar hekayələr anlatmağı sevirlər

Tikinti oyuncaqları ABŞ-da daha çox qızların marağını cəlb etsə də, Barbie qızların ən populyar oyuncaqları olaraq qalır.

Ekspertlər bildirir ki, Lego və Goldie Blox kimi oyuncaqlar uşaqlarda artıq mövcud olan mühəndislik və tikinti həvəsinə təkan verə bilər, lakin gələcəyin mühədislərini ilhamlandırmaq üçün əsaəs məsuliyyəti valideyinlər daşıyır.

“GoldieBlox-ın ideyası iki şeyi birləşdirmək idi. Birincisi mühəndislik prinsiplərindən istifadə edərək tikinti və aparatların quraşdırması biliyi. İkinicisi isə hekayə anlatmaq bacarığı, çünki balca qızlar hekayələr anlatmağı sevirlər. Uşağına təkcə GoldieBlox almaqla hər şey dəyişməyəcək. Bu sadəcə bizim qızlara qarşı mesajlarla dolu düşünülmüş cəhdimizdir.

Ekspertlər bildirilər ki, bundan əlavə yüksək səviyyəli təhsil, yaxşı iş şəraiti həmçinin komanda işi və yaradıcı düşüncə tələb edən layihələrdə davamlı iştirak komputer elmi, informasiya texnologiyası, fizika və mühədislik sahələrinə daha çox qadın cəlb edəcək.

XS
SM
MD
LG