Accessibility links

1901-ci ildə Bakıda ilk qızlar liseyi təsis edilib


Bakı Qızlar Liseyi

Bakı Qızlar Liseyi

Beynəlxalq Qızlar Günündə Dövlət katibi Con Kerri dünya üzrə qızların qorunmasının və onların hüquqlarının gücləndirilməsinin əhəmiyyətinə toxunub.

Dövlət katibi deyib: “Beynəlxalq Qızlar Gününün beşinci ildönümündə etiraf edirik ki, qızların, xüsusilə yeniyetmə qızların, qarşısına çıxan müxtəlif çətinliklərin səsləndirilməsi ABŞ-ın xarici siyasət vəzifələrinə, o cümlədən gender bərabərliyinə nail olması üçün çox vacibdir”.

Qızlar Günü kampaniyası çərçivəsində ABŞ-ın Azərbaycandakı səfiriRobert Sekuta da öz video müraciətində Azərbaycanda qızların səlahiyyətlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində yazır ki, ABŞ qızların təhsili, təhlükəsizliyi və sağlamlığına sərmayə yatırmaqla onların ailələri üçün güc və ümid olmasına kömək edir.

Hacı Zeynalabdin Tağıyev ailə üzvləri ilə

Hacı Zeynalabdin Tağıyev ailə üzvləri ilə

“Məhz bu ideyaya xidmət edən Hacı Zeynalabdin Tağiyev 1901-ci ildə Bakıda qızlar üçün ilk liseyi təsis etmişdir. Heç şübhəsiz Bakıda qızlar liseyinin açılması ənənəvi müsəlman cəmiyyətinin içində inqilabi bir ideya idi. Burada təhsil müddəti dörd il idi və ilk məzunlar məktəbi 1905-ci ildə bitirmişdilər.
Daha sonra Tağıyevdən nümunə götürülərək başqa və daha kiçik qız məktəbləri açılırdı. 1915-ci ildə Bakıda artıq 5 qız məktəbi var idi. Qız məktəblərində dərs deyə biləcək müəllimlər çox deyildilər.
Tağıyev bu problemi də aradan qaldırmaq üçün 1913-cü ildə ibtidai məktəb müəllimlərinin təhsili üçün icazə aldı və 1915-ci ildə eyni binada ikiillik pedaqoji təhsil verən kurslar açıldı".

Bakı Qızlar Liseyinin binası

Bakı Qızlar Liseyinin binası

Qızlar məktəbinin əsasını qoyan Tağıyevdən bunun səbəbini soruşduqda qısaca cavab verib: "Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə", səfirlik Hacı Zeynalabdin Tağıyevə istinadən bildirir.

Beynəlxalq Qızlar Günü oktyabrın 11-də qeyd edilir.

XS
SM
MD
LG