Accessibility links

Qızılca ABŞ-da elmi və siyasi debata səbəb olub [Video]


ABŞ-ın ən qabaqcıl həkimləri valideyinləri uşaqlara peyvənd vurmağa çağırırlar

ABŞ-da artıq 100 qızılca halı qeydə alınıb və bu epidemiya ictimai səhiyyə rəsmilərini, həkimləri, valideyinləri və hətta prezidenti narahat edir.

Səhiyyə rəsmiləri əmindirlər: vaksinlər təhlükəsizdir və nəticə verir. ABŞ-ın ən qabaqcıl həkimləri valideyinləri uşaqlara peyvənd vurmağa çağırırlar. Xəstəliklərlə Mübarizə və Profilaktika Mərkəzinin sədri Tom Friden onlardan biridir.

Peyvən olunmayan uşaqların xəstəliyə yoluxmaq və qonşu uşaqları yoluxdurmaq riskləri daha yüksəkdir

“Peyvən olunmayan uşaqların xəstəliyə yoluxmaq və qonşu uşaqları yoluxdurmaq riskləri daha yüksəkdir.

Lakin bəzi valideyinlər uşaqlarına peyvənd etməməyi seçirlər.

“Düşünürəm ki, hər bir valideynin uşaqları üçün ən yaxşısını etmək hüququ var.”

Bəzi siyasətçilər valideyinlərlə həmrəydilər. Respublikaçı senator Rand Pol vaksniləri ruhi xəstəliklə əlaqəndirirlər.

“Mən çox normal danışan, gəzən uşaq haqqında eşitmişəm ki, vaksindən sonra ruhi xəstəlikləri əmələ gəlib.”

Barbara Akosta uşaqlarına və ya nəvələrinə öz səbələrindən dolayı peyvən etdirməyib.

“Bəzi uşaqlarda yan təsirlər əmələ gəlir. İnternetdə oxusanız, çoxlu dəhşətli hekayələrlə rastlaşarsınız.”

Lakin faktlar göstərir ki, vaksinlər insanların həyatların qurtara və uşaqları daha sağlam edə bilər. Vaksinlərin yan təsirləri isə nadir hallarda və kiçik olur.

Hər bir vaksinin ən geniş yayılmış yan təsiri iynənyin vurulduğu yerdə ağrının olması və 24-48 saat ərzində qızdırmanın olmasıdır.”

Doktor Linda Fu Uşaqların Milli Səhiyyə Sistemində yoluxucu xəstəlik üzrə ekspertdir.

“İndi uşaqlara verilən vaksinlər daha təmiz, daha təhlükəsiz və effektivdir.”

İndiki həkimlərin əksəriyyəti qızılcaya rast gəlməyiblər. Bunun səbəbi isə odur ki, 2 doza vaksin qəbul edən insana vaksinin 99 faizi müsbət təsirir olur.

İndi uşaqlara verilən vaksinlər daha təmiz, daha təhlükəsiz və effektivdir

Xəstəliyin fəsadlarına qulaq infeksiyası, daimi karlıq, beyin iltihabı, daimi beyin zədəsi, sətəlcəm və ölüm daxildir.

Hətta prezident Barak Obama NBC-yə verdiyi xüsusi müsahibəsində vaksinlər barədə danışıb.

“Qızılca önlənə bilər. Başa düşürəm ki, elə ailələr var ki, vaksinin təsirlərindən narahatdırlar. Amma elm danılmazdır.”

Prezident valideyinləri uşaqlarına vaksin etdirməyi təkid edir.

XS
SM
MD
LG