Accessibility links

Bakı hava limanında qızıl külçələr müsadirə edilib


Martın 8-də Bakı Beynəlxalq Hava Limanında bəyan edilməmiş 190 min ABŞ dolları və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələri ölkədən çıxarmağa çalışan üç Azərbaycan vətəndaşı saxlanılıb.

Azərbaycan Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında saxlanılan ölkə vətəndaşlarının adları açıqlanıb: Elvin Yusubov, Rəşad Nəsibov və Kamran Əhmədov. Maraqlıdır ki, sonuncu şəxs gömrük əməkdaşıdır.

Bu şəxslər pulu və qızılı Türkiyəyə gedən reysə keçirməyə çalışıb.

XS
SM
MD
LG