Accessibility links

Qlen Hovard: Problem administrasiyanın diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəltməməsindədir


Gürcüstan parlamenti

Gürcüstan parlamenti

Qlen Hovard Amerikanın Ermənistana lazımi təzyiq göstərmədini önə çəkib. Rusiyanın mövqeyinə gəldikdə Qlen Hovard Rusiyanın post-sovet erasında baş qaldıran münaqişələrin həllinə maraq göstərmədiyini və bunun Rusiyanın Cənubi Qafqazdakı maraqlarına xidmət etdiyini deyib.

ABŞ-ın Ermənistanla Türkiyə arasında yaxınlaşmanı dəstəkləməsinə baxmayaraq, proses son zamanlar dalana dirənib. İki ölkə arasında münasibətlərin normallaşması perspektivləri və bunun Cənubi Qafqazda sabitliyin bərqərar edilməsinə təsirlərindən danışan Qlen Hovard deyib ki, Türkiyənin Ermənistanla sərhədləri açmaqdan imtina etməsi, Ermənistana qarşı iqtisadi boykot elan etməsi Dağlıq Qarabağın işğalına görə 10 ildən artıqdır davam edir.

Ceyms Taun Fondunun prezidenti Obama administrasiyasının sərhədlər məsələsinə xüsusi əhəmiyyət verməsi ilə çıxılmaz vəziyyətin aradan qalxacağını düşünmədiyini deyib. Qlen Hovard bildirib ki, problem administrasiyanın diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltməməsindədir .O, administrasiyanın münaqişə ilə bağlı Ermənistana lazımi təzyiq göstərmədini önə çəkib. Münaqişənin həll edilməməsində Rusiya və Gürcüstanın mövqeyinə gəldikdə Qlen Hovard Rusiyanın post-sovet erasında baş qaldıran münaqişələrin həllinə maraq göstərmədiyini və bunun Rusiyanın Cənubi Qafqazdakı maraqlarına xidmət etdiyini deyib. Ceyms Taun Fondunun prezidenti bildirib ki, Rusiyanın Ermənistana heç bir maddi xeyri olmadan o ölkədə hərbi bazalar yerləşdirməsi Rusiyanın Cənubi Qafqazdakı mövcudluğuna son qoymaması deməkdir.

Gürcüstanın mövqeyini regionda güclü adlandıran cənab Hovard deyib ki, bu ölkə Türkiyə və Azərbaycan arasında güclü transit mövqeyini qoruyub saxlamaqdadır. Bu isə Ermənistanın Cənubi Qafqazda təcridinə yol açıb. Türkiyənin Gürcüstan və Azərbaycanla iqtisadi əlaqələri dərinləşməkdədir. Bu isə öz növbəsində Ermənistana ciddi mənfi təsir bağışlayır. Gürcüstan Ermənistanla Azərbaycan arasında dialoqun davam etdirilməsi səylərində mühüm rol oynaya bilər -deyə Qlen Hovard sözünə davam edib.

İranın nüvə proqramı, Türkiyə və İsrail arasında son zamanlar yaşanan gərginliklər daxil edilməklə, ABŞ-ın Yaxın Şərq sülh səylərinə dair Ceyms Taun Fondunun prezidenti Qlen Hovard deyib ki, Konqres seçkilərindən sonra Obama administrasiyasının xarici siyasəti zəifləyə bilər. “Yaxın zamanda heç bir tərəqqi gözlənilməsə də, ABŞ Yaxın Şərqdə sülhün bərqərar edilməsi səylərini davam etdirməlidir” -deyə expert bildirib.

XS
SM
MD
LG