Accessibility links

Qlobal iqtisadiyyat təhlükə altındadır


Qlobal iqtisadiyyat təhlükə altındadır
Qlobal iqtisadiyyat təhlükə altındadır

Qlobal iqtisadiyyatın dirçəlməsinə baxmayraq, Avropanı borc bürüyüb, inflyasiya səviyyəsi artıb, Yaxın Şərqdəki vəziyyət neft qiymətlərini artırıb. Beynəlxalq Valyuta Fondunun bildirdiyinə görə, 2010-2011-ci illərdə dünya iqtisadiyyatında 4.5 faiz artım müşahidə edilib. Qurumun baş iqtisadçısı Oliver Blankard deyir ki, müsbət göstəricilər nəhəng disbalansın gizlədilməsinə yol açır.“Detallara nəzər salsaq, qabaqcıl iqtisadiyyata malik olan ölkələrin son iki ilinin hər bir ilinin payına 2.5 faiz artım düşdüyünü görərik. Lakin biz 6.6 faiz artım proqnozlaşdırmışdıq” .

Çin iqtisadiyyatı 9.6 faiz artımla öndə gedir. Onun ardınca Hindistan gəlir ki, bu ölkənin iqtisadi artımı 8 faiz təşkil edir. Beynəlxalq Valyuta Fondunun bildirdiyinə görə, inkişaf etmiş ölkələrdə irtisadi artım yavaşıyaraq, işsizliyin artmasına yol açıb.

Oliver Blankardın dediyinə görə, dünya iqtisadiyyatının tarazlaşdırılmasının digər bir faktoru dəyər itirmiş valyutaların dəyərinin qaldırılmasıdır.“Valyutaların dəyəri inkişaf etmiş ölkələrin valyutaları ilə uyğunlaşdırılmalıdır. Bu, yeganə olmasa da, əsas amildir” .

Amerika bildirir ki, Çin ixrac rəqabəti üçün öz valyutasının qəsdən dəyərini aşağı saxlayır. Çin isə bunun doğru olmadığını və valyutasının dəyərinin tədricən qaldılacağını deyir.

Lakin iqtisadçılar qlobal iqtisadiyyata ən böyk təhlükəni Yaxın Şərq böhranında görür. Peterson Beynəlxalq Iqtisadiyyat Institutunun analitiki Markus Noland - “Bu, iqtisadiyyata təhlükələrin yalnız biridir. Qeyri-sabitsizlik bazarlardan nefti çıxarır. Bu isə öz növbəsində qiymətləri qaldırmaqla yanaşı, iqtisadiyatın geriləməsinə yol açır ”-deyə bildirir .

Avropanın böyük həcmli borcları və Yaponiyada təbii fəlakət dünya iqtisadiyyatının inkişaf perspektivlərini kölgə altına alıb.

XS
SM
MD
LG