Accessibility links

Nyu-York və dünya boyu bir çox şəhərlərdə yüz minlərlə insan yürüşlər keçirməklə bu həftə BMT-nin İqlim zirvə görüşündə qlobal istiləşməyə qarşı tədbirlərin görülməsini tələb edib.

Nyu-Yorkda keçirilən yürüşə aktyorlar, siyasətçilər, alimlərlə yanaşı, BMT-nin baş katibi Ban Ki Mun da qoşulub. Ban Ki Mun insanların güclü etiraz səsindən təəccüblənib.

Bazar günü dünya boyu digər şəhərlərdə də yürüşlər və etiraz aksiyaları keçirilib. On minlərlə insan Berlinin tarixi Brandenburq darvazasından keçib. Londonda isə Oskar qalibi aktrisa Emma Tompsonun da qatıldığı 40 min nəfərlik kütlə yürüş keçirib.

120-dən çox dünya lideri yeni qlobal iqlim müqaviləsi üzərində işləyəcək. Çox sayda insan bu müqavilənin 2015-ci ilədək hazır olacağına ümid edir.

XS
SM
MD
LG