Accessibility links

Ekspertlər: Qlobal terror təhlükəsi ilə mübarizədə koordinasiya etmək lazımdır [Video]


Avropa hökümət rəsmiləri deyir ki, çərşənbə axşamı Brüsseldə baş verən hücum hökümətlər və kəşfiyyat xidmətləri arasında daha sürətli məlumat mübadiləsinin zəruriyyətini göstərir. Kaliforniyada terror məsələləri üzrə iki ekspert isə deyir ki, bu səylərə sosial media paltformalarının arxasındakı texnologiya şirkətləri də cəlb olunmalıdır. Nifrət qruplarını müşahidə edən təhlilçilər zorakı ekstremistlərin yaratdığı təhlükənin artıq qlobal səviyyəyə çatdığını deyir.

İŞİD və hətta əl-Qaidə kimi qruplar tərəfindən nəzarət olunan ərazilər var ki, orada insanlar heç bir maneə olmadan “universtietlərdə” terror öyrənir.

30-dan çox insanın ölümü, yüzlərlə insanın yaralanması ilə nəticələnən Brüssel hücumları Şimali Afrika və Yaxın Şərqdə ekstremistlərin nərazət etdiyi anklavların kandarında yerləşən Avropanın təhlükəyə açıq olduğunu bir daha göstərdi.

“İŞİD və hətta əl-Qaidə kimi qruplar tərəfindən nəzarət olunan ərazilər var ki, orada insanlar heç bir maneə olmadan “universtietlərdə” terror öyrənir.”

Brayn Levin Birləşmiş Ştatlara görə də narahatdır. O burada daha az sayda keçmiş cihadçı döyüşçülərin olduğunu və onların yaratdığı təhlükənin daha az olduğunu desə də, terrorçuların marketinq və döyüşçü cəlb etmək üçün istifadə etdiyi sosial media saytlarının böyük təhlükə yaratdığını iddia edir.

Başqa bir təhlilçi isə deyir ki, İslam Dövləti kimi qruplar yeni applikasiyalar və gənc insanların bir-biri ilə əlaqə qurmasının yollarını öyrənməyə çalışır, rəsmiləri aldadıb, izlərini itriməyin yollarını araşdırırlar.

İŞİD üzvü

İŞİD üzvü

Populyar sosial media saytlarında ekstremistlərin təhdidləri fanatiklərin nifrət dolu yazıları ilə qarışır və bu, 3 il öncə Boston marafonunda partlayış həyata keçirən şəxslər kimi “tənha” terrorçuların zorakılıqlar törətməsinə səbəb olur.

Analitiklər deyir ki, hökümətlər koordinasiyanı səylərini təkmilləşdirməyə çalışdığı vaxt texnologiya şirkətləri də öz tərəfindən yardım edə bilər.

“Düşünürəm ki, adi insanların məxfiliyini qoruyacaq və eyni zamanda terrorçulara qarşı mübarizədə olduqca önəmli məlumatlara çıxışı sürətləndirəcək texnoloji strategiyaları irəli sürən Apple, Samsung, Facebook, Google, YouTube və Twitterin baş icraçı direktorları olacaq.”

Brüsseldə bomba hücumları məxfilik və təhlükəsizlik məsələləri ilə bağlı debatları belə görünür hələ uzun müddət gündəmdə saxlayacaq.

XS
SM
MD
LG