Accessibility links

Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum keçirilir


Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum

Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum

Forum Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT baş katibinin gənclər üzrə elçisinin ofisi, UNESCO və Avropa Şurası dəstəyi ilə keçirilir. Bakı forumunda 160 ölkədən nümayəndə heyətləri iştirak edir.

Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum

Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum

AzərTAc agentliyinin məlumatına görə tədbirin açılışında BMT-nin baş katibinin gənclər siyasəti üzrə elçisi Əhməd Əlhəndavi gənclər siyasətinin inkişafı ilə bağlı keçirilən bu tədbirdə nazirlərin, ekspertlərin, lider gənclərin iştirak etdiyini və bunun mövzunun müzakirəsində aparıcı rol oynayacağını bildirib.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, gənclər siyasəti bir çox ölkələrin aparıcı istiqamətlərindən biridir.

O bildirib ki, Azərbaycanda gənclər çoxluq təşkil edir və onların liderlik bacarıqlarının inkişafı üçün şərait yaradılır.

Forum iştirakçılarına video müraciətində BMT-nin baş katibi Pan Gi Mun gənclər siyasəti üzrə birinci Qlobal Foruma ev sahibliyi etməsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. “Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının 20 illiyi ərəfəsində bu Forumun keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu çox vacib məsələdir. Gənclər gələcəyin liderləridir və onların inkişafına xüsusi diqqət yetirmək lazımdır. BMT sizinlə işləməyə hazırdır”, baş katib qeyd edib.

XS
SM
MD
LG