Accessibility links

Qəndəhar şəhərinin meri dünən gecə qətlə yetirilib


Qəndəhar şəhərinin meri dünən gecə qətlə yetirilib

Qəndəhar şəhərinin meri dünən gecə qətlə yetirilib

Qatillərin ələ keçirilmədiyi deyilir

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, Qəndəhar şəhərinin meri dünən gecə qətlə yetirilib. Vilayət sözçüsü bu gün bildirib ki, Əzizulla Yarmal gecə ibadəti zamanı məsciddə güllə ilə vurulub. Sözçü qatillərin ələ keçirilmədiyini desə də, hadisə ilə bağlı polisin təhqiqat apardığını bildirib. Qəndəhar vilayətinin sözçüsü Zalman Əyubi Associated Pressə verdiyi müsahibədə Əzizulla Yarmalın qətlini yaraqlıların mərkəzi hökumətin nüfuzuna zərbə edinrmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirib. 1996-cı ildən 2001-ci ilə qədər Qəndəhar bütün ölkəni idarə edən Talibanın qüvvə mərkəzi idi.

XS
SM
MD
LG