Accessibility links

Qəndəharda Talibana qarşı hücum başlanıb


Qəndəharda Talibana qarşı hücum başlanıb
Qəndəharda Talibana qarşı hücum başlanıb

NATO qüvvələrinin köməyi ilə əfqan qoşunlar cənubi Qəndəhar şəhərində hökumət binalarını azad etmək üçün Taliban üzərinə hücuma başlayıblar.

Əfqanıstan kəşfiyyat agentliyinin binası yaxınlığında yuva salmış Taliban qalıqlarına qarşı hücum əsnasında ara-sıra atəş səsləri eşidilib. Əfqanıstan rəsmiləri əksər hökumət binalarının artıq Talibandan təmizləndiyini bildirirlər. Qəndəharda küçələr boşalıb.

Qəndəharda əsas hökumət idarələrinə qarşı hücumla başlayan əməliyyat indiyədək Talibanın həyata keçirdiyi əməliyyatlardan ən irimiqyaslısı idi.

Əfqanıstan rəsmiləri hücumda azı 18 Taliban döyüşçüsünün öldürülüdüyünü bildiriblər.

XS
SM
MD
LG