Accessibility links

Qənimət Zahid: Qəzetimizə qarşı ittihamlar siyasi xarakter daşıyır


Qənimət Zahid: Qəzetimizə qarşı ittihamlar siyasi xarakter daşıyır

Qənimət Zahid: Qəzetimizə qarşı ittihamlar siyasi xarakter daşıyır

Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun AzadlıqYeni Müsavat qəzetlərinə qarşı qaldırdığı ittihamların siyasi motivlərə əsaslandığını deyir. İttihamda cənab Məmmədov onun restoranda ayı əti sifariş etməsi barədə yazılanların reputasiyasına xələl gətirdiyini iddia edir.

Amerikanın Səsinə müsahibə verən cənab Zahid haqqında söz gedən materialın çapından beş ay sonra məhkəməyə müraciət edilməsini parlament seçkilərinin ardınca müstəqil mətbuata qarşı başlayan təzyiq kampaniyasının ilk addımı kimi dəyərləndirib. Redaktorun sözlərinə görə hökumətə qarşı tənqidi mövqeyi ilə seçilən Azadlıq qəzeti azad sözün son qalalarından biridir.

Qənimət Zahid müsahibədə Azadlıq qəzetinin üzləşdiyi başqa bir sıra problemlərə də toxunub. O, beynəlxalq qurumların Azərbaycanda “azad sözün inkişafını deyil, ölməsini monitorinq etməklə” məşğul olduğunu söyləyərək, müstəqil mətbuata maliyyə yardımı göstərilmədiyini vurğulayıb. Qəzetin tirajının azlığına gəldikdə isə o, bunu əhalinin yoxsul durumu və qəzetin üzləşdiyi vəsait çatışmazlıqları ilə əlaqələndirib. Qənimət Zahidin toxunduğu bu və başqa maraqlı məqamları dinləmək üçün müsahibənin tam audiosunu dinləyin.

XS
SM
MD
LG