Accessibility links

Nyu-Yorkun qoşa binaları haqda bir sıra filmlər çəkilib (video)


Nyu-Yorkun qoşa binaları haqda bir sıra filmlər çəkilib (video)
Nyu-Yorkun qoşa binaları haqda bir sıra filmlər çəkilib (video)

30 il ərzində Dünya Ticarət Mərkəzinin qoşa binaları Nyu-York şəhərinə xüsusi bir yaraşıq verirdi. 1978-ci ildə bütün dünya kino-ekranlarda Amerika qəhramanı olan “Superman”-nin paytaxta haqq-ədalət gətirdiyini izlədi. “Superman” filmləri silsiləsinin birinci filmində baş rolda çəkilmiş aktyor Kristofer Riv Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin binaları fonunda göstərilirdi.

Deyvid Sterit: “Bu film müəyyən mənada Amerikanın əzəmətini əks etdiriridi. Bu binalar yeni tikilmişdi və müasir dizayna malik idi, buna görə də, köhnə zamanların qüdrəti, ya da ənənənin gücünü deyil, mən deyərdim, Amerikanın qüdrətini təcəssüm etdirirdi.”

Film tənqidçisi Deyvid Sterit uzun illər bu qoşa binaların yaxınlığında yaşayıb.

Deyvid Sterit: "Mən memarlıq baxımından bu binaları o qədər bəyənmirdim. Amma sözsüz ki, onlar çox əzəmətli idi. Məncə, bir müddət onlar dünyada ən hündür binalar idi və Amerikanın zəfər simvolu kimi görünürdü. Biz nəinki dünyada ən hündür bir bina ucalda bildik, həm də bunu iki dəfə etdik."

Dram janrında çəkilmiş “Wall Street” və Brayn de Palmanın “The Bonfire of the Vanities” filmində göstərilən qoşa binalara diqqət verməmək mümkün deyildi.

Hər iki filmdə 1980-ci ildə Wall Street-də hökm sürən təkəbbür və hərislik atmosferi işıqlandırılırdı.

Mayk Nikolsun 1987-ci ildə çəkdiyi “Working Girl” filmində qoşa binalar qüdrət simvolu kimi göstərilir. Lakin binalar filmdə həm də qadınların qüdrətini təcəssüm etdirir.

Filmin qəhrəmanı Staten adasından bərə ilə hər gün Manhettenə işə gələn işgüzar qadın Tesdir. Tes Nyu-Yorkun maliyyə mərkəzində işləmək arzusu ilə yaşayır. Nəhayət o öz arzusuna çatır.

1979-cu ildə çəkilmiş “Kinq Konq” filmində nəhəng qorilla orijınal filmdə olduğu kimi dövlət binasına deyil, məhs Dünya Ticarət Mərkəzinin qoşa binalarına çıxır.

Lakin ən yadda qalan hadisə 1974-cü ildə fransalı kəndirbaz Filip Petit qoşa binalara çıxanda baş verib. O heş kəsin xəbəri olmadan iki binanın arasında keçirdiyi kəndirin üstü ilə 45 dəqiqə əzrində bir binadan o biri binaya yerimişdi. Əlacsız polis hadisəni sadəcə izləməklə kifayətlənmişdi.

2008-ci ildə “Man on Wire” adlı sənədli filmdə göstərilmiş orijinal video hammını heyran etmişdi. Bu hadisə bir insanın nəhəng əkiz binalar üzərində qələbəsini təmsil edirdi.

XS
SM
MD
LG