Accessibility links

Ömürlük məhbuslar prezidentə müraciət edib


Qobustan həbsxanası
Qobustan həbsxanası

Məhbuslar problemlərinin həllini- azadlıq istəyir

Qobustan Qapalı həbsxanasında ömürlük həbsə məhkum edilmiş 76 məhbusun prezident İlham Əliyevə, Milli Məclisə, İnsan haqları üzrə Müvəkkilə (Ombudsman) və “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına müraciət edib.

“Biz, qeyri-qanunu ömürlük cəzaya məhkum edilmiş çoxsaylı məhbusların on illərlə davam edən müraciətlərimizə, bizə qeyri-qanuni tətbiq edilmiş ömürlük cəzaya münasibətinizi bildirmənizi, saxlandığımız ağır şəraitimizi nəzərə alaraq, on illərlə həllini tapa bilməyən problemin ədalətli həll edilməsinə kömək etməyinizi xahiş edirik”, məhbuslar bildirir.

Müraciətdə deyilir ki, Azərbaycanda ölüm cəzasının ləğvi ilə əlaqədar Milli Məclisinin qəbul etdiyi 10 fevral 1998-ci il tarixli Qanunun 4-cü bəndi ilə həmin ərəfədə qüvvədə olan ölüm cəzasına məhkum olunmuş 128 nəfərin cəzası qeyri məhkəmə qaydasında ömürlük həbs cəzası ilə əvəzlənib.

Qanunverici orqan olan AR Milli Məclis məhkəmə səlahiyyətlərini mənimsəyərək, bizi kütləvi şəkildə, məhkəməsiz ömürlük həbs cəzasına məhkum etmişdir ki, bu da AR Qanunvericiliyinə, eyni zamanda tərəfdarı olduğumuz Beynəlxalq Hüquq normalarına və Avropa Konvensiyasına ziddir.

Bu Qanun pozuntusu ilə əlaqədar AŞPA – nın da qəbul etdiyi 16 aprel 2007-ci il tarixli 1545 №-li Qətnamənin 8.9-cu bəndində qeyd olunur ki, “ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və “Qanunun geriyə qüvvəsi prinsipinin” ən əlverişli müddəalarına müvafiq cəza tətbiq edilməlidir”.

“Möhtərəm prezident, hazırda 128 məhbusdan 73 məhbus sağ qalıb. Onlar arasında yaşı 70, hətta 80-i ötmüş, görmə qabiliyyətini tam itirmiş, 19-20-25 ilədək cəza çəkən məhbuslar var.

Milli Məclisin yol verdiyi Qanun pozuntusu nəticəsində 128 nəfərdən 40 nəfəri müxtəlif səbəblərdən dünyasını dəyib, 11 nəfər əfv olunub (Müzamil Abdullayev, Nəriman İmranov, Surət Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov, Eldar Əliyev, Mahir Məmmədov, Etibar İsmailov, Təbriz İsmayılov, Elxan Allahverdiyev, İqor Krianovski )”, sənəddə qeyd edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG