Accessibility links

Strasburqda «Qobustan kölgələri» baleti nümayiş olunacaq

Bu ilin sentyabr ayında YUNESKO-nun Baş qərargah-mənzilində (Paris) «Qobustan» həftəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə tədbir çərçivəsində Qobustana aid foto və əşyalar, müxtəlif növlü təbliğat materiallarının paylanması və "Qobustan kölgələri" baletinin nümayişi təşkil olunacaq.

Bundan başqa, sentyabrın 16-da Strasburqda «Qobustan kölgələri» baleti nümayiş olunacaq.

2014-cü ilin may-noyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsində sədrlik Azərbaycan Respublikası tərəfindən həyata keçirilir.

XS
SM
MD
LG