Accessibility links

Moskvanın Qorki parkı yenidən istifadəyə verilib


Rusiya paytaxtı Moskva şəhərində yerləşən Maksim Qorki parkı yeni görkəmi ilə gənclərin ən sevimli istirahət güşəsinə çevrilib

Soyuq müharibə zamanı Moskvadakı Maksim Qorki parkının görüntüsü eyni adlı kitab və triller janrında olan filmlə qarışıq salınırdı. Daha sonra Sovet İttifaqının dağılması ilə park iyirmi illik tənəzzüldən zərər görüb və Qorki parkı haqqında təəssürat yaxşı olmayıb.

Vaxt keçdikcə Moskvanın mərkəzindəki ən geniş parklardan biri tamamilə yeni görünüş əldə edib. İndi İrina Datsiuk parka çimərlik voleybolu oynamağa gəlir. O parkı çox bəyəndiyini, burada hər şeyin çox rahat olduğunu deyir. İndi insanlarin burada idmanla məşğul ola bilidiyini, sonra istirahət edib kiçik dükanlardan alış-veriş etdiyini bildirir.

Parkda yalnız voleybol deyil, həmçinin Braziliya rəqsi kapoeyra, Fransızların petanka oyunu, Afrikadan zərb alətləri və Stefano kimi İtalyan aşbazlarının idxal olunmuş pizzası var.

Pizza resstoranının aşbazı Stefano deyir: “Moskva gözəldir, çox gözəl şəhərdir. İtalyan aşbazlar, pizza aşbazları burada işləyir və müştərilər çox razıdır. ”

Artıq beş ildir ki, Moskva hər il parklarının yenidən qurulması üçün $100 miliyon dollar xərcləyir. Məqsəd tez-tez “kamenniy gorod” ya da daş şəhəri adlanan boz şəhər fikrini neytrallaşdımaqdır.

Qorki parkının direktoru Olga Zakarova deyir ki, 18 ay əvvəl yenidənurma işləri başlanmadan öncə gün ərzində parka yalnız 2000 insan gəlirdi. O həftə içi 40000 nəfərin, həftə sonu isə 100000 nəfər parka gəlidiyini deyir.

Buna görə də, şəhərdə həftə içi ərzində yaranan tıxaclara park səbəb olur.

Olga Zakarova deyir ki: “Biz bütün bayramları qeyd edirik, istər milli bayramlar olsun, istərsə də digər bayramlar. Bizim üçün Qorki parkı vaxtımızın böyük hissəsinin keçirildiyi yerdir. Buna görə biz istəyirik ki, bura gələn hər kəs özünü xoşbəxt hiss etsin – sanki hər gün bayram var.”

Bu həm də yaxşı siyasət ola bilər.
Gənclər əylənməklə etirazlara daha az maraq göstərərlər.
XS
SM
MD
LG