Accessibility links

Ali Məhkəmədə hakim sayı bərpa edilib


Hakim Antonin Skalianın ölümündən 14 ay sonra Nil Qorsaçın and içməsi ilə Ali Məhkəmə bazar ertəsi yenidən hakimlərin sayını bərpa edərək doqquza çatdırıb.

Prezident Donald Tramp yanvar ayında Ali Məhkəmədə vəzifəni doldurmaq üçün Qorsaçın namizədliyini irəli sürmüşdü və ötən həftə respublikaçıların üstünlük təşkil etdiyi Konqresdə mübahisəli müzakirələrdən sonra 54-45 səs fərqi ilə ABŞ Senatı namizədliyi təsdiqləyib.

Heç bir respublikaçı on illər federal apellyasiya məhkəməsində xidmət göstərən Qorsaçın namizədliyinin əleyhinə səs verməyib. Demokratlardan isə üç qanunverici onun namizədliyini dəstəkləyib.

49 yaşlı Qorsaçın doqquzuncu hakim seçilməsi ilə Ali Məhkəmədə hakimlər 5-4 fərq ilə mühafizəkarların üstünlük təşkil etməsinə səbəb olacaq.

Demokrat senatorlar təsdiq səsvermə prosesinin qarşısını almaq üçün ilə “filibuster” kimi tanınan proseduru həyata keçirməyə cəhd etdi. Lakin respublikaçılar bu prosedurun qarşısını almaq məqsədi ilə namizədin təsdiqi üçün qaydaları sadə çoxluğun hesablanması prosesinə dəyişib.

Bir çox demokrat Skalianın ölümü ilə boş qalan yeri doldurmaq üçün tətbiq edilən prosesə tənqidi yanaşırdı.

Sabiq prezident Barak Obama ötən il hakim Merrik Qarlandı bu vəzifəyə təyin etməyə çalışırdı. Lakin respublikaçlar onun təsdiqi üçün dinləmə prosesinin keçirilməsindən imtina etdi. Onlar bunu Obamanın yekun prezidentlik ilində olması ilə izah edib və seçimi noyabr seçkilərinin qalibinin etməli olduğunu hesab edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG