Accessibility links

HRW: Qorxu siyasəti insan haqlarına hədədir [Video]


HRW: Qorxu siyasəti insan haqlarına hədədir
please wait

No media source currently available

0:00 0:03:06 0:00

HRW: Qorxu siyasəti insan haqlarına hədədir

Təşkilat xəbərdarlıq edir ki, həm avtoritar, həm demokratik hökümətlər tərəfindən müxalif səslər boğulur, insanların hüquqları məhdudlaşdırılır.

Hökümətlər qorxu siyasətindən istifadə edərək insan haqlarını boğurlar.Human Rights Watch təşkilatı 2016 Dünya Hesabatında bütün dünyadakı hazırkı vəziyyəti bu cür təsvir edir. Təşkilat xəbərdarlıq edir ki, həm avtoritar, həm demokratik hökümətlər tərəfindən müxalif səslər boğulur, insanların hüquqları məhdudlaşdırılır.

Əsasən son bir il ərzində müşahidə etdiyimiz odur ki, dünya avtokratları, avtoritar hökümətlər vətəndaş cəmiyyətindən qorxurlar.
Kennet Ross

Human Rights Watch repressiyaların davam etdiyini bildirir.

“Əsasən son bir il ərzində müşahidə etdiyimiz odur ki, dünya avtokratları, avtoritar hökümətlər vətəndaş cəmiyyətindən qorxurlar.”

Onlar sosial media vasitəsilə daha çox imkanlara sahib olan cəmiyyətdən qorxurlar.

Təşkilatın dedyinə görə, son dövr ərzində ən böyük təzyiqləri Çin və Rusiya kimi ölkələr həyata keçirib.

“Həm Putin, həm də Şi Tspinq əhaliləri ilə üstüörtülü bir razılığa gəliblər. Onlar deyir ki, “biz sizin rifahınızı artıracağıq, əvəzində isə siz bizə heç bir cavabdehlik olmadan idarə etməyə icazə verəcəksiniz”. Amma indi ki, iqtisadiyyatla bağlı problemlər artır, bu liderlər insanların etiraz edəcəyindən qorxur.”

Rusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin

Human Rights Watch-un bildiridiyinə görə, Suriya münaqişəsi nəticəsində Avropaya miqrant axını bəzi sağçı Avropa partiyalarının cəmiyyətdə islamofobiyanı yaymasına səbəb olub. Təşkilat bildirir ki, miqrantların bəzilərinin terrorçu ola biləcəyi ilə bağlı qorxu Avropa hökümətlərinin diqqətini ölkədaxili ekstremizmin qarşısını almaqdan yayındırır.

“Məsələ miqrant axının qeyri-mütəşəkkil, xaotik olmasıdır. Bu xaos Avropanın sərhədlərinə nəzarəti itirdiyiniyə dair bir hiss yaradıb. Bu isə öz növbəsində terrorizmlə bağlı qorxuya səbəb olub ki, İŞİD qaçqınlar sırasında öz əməliyyatçılarını Avropaya göndərər.”

Bundan əlavə Human Rights Watch təşkilatını ABŞ və Avropada terrorizmə qarşı mübarizə də narahat edir. Təşkilat amerikalı qanunvericilərin kəşfiyyat agentliklərinin kütləvi nəzarət üsullarından istifadə etməsinə qarşı tətbiq edilən məhdudiyyətlərin azaldılmasına dair çağırışlarının əleyhinədir. Həmçinin təşkilat Avropa hökmətlərini nəzarət səlahiyyətlərini genişləndirdikləri üçün tənqid edir. Onların fikrincə, bu tədbirlər insanların məxfilik haqlarını pozur.

Məsələ miqrant axının qeyri-mütəşəkkil, xaotik olmasıdır. Bu xaos Avropanın sərhədlərinə nəzarəti itirdiyiniyə dair bir hiss yaradıb. Bu isə öz növbəsində terrorizmlə bağlı qorxuya səbəb olub ki, İŞİD qaçqınlar sırasında öz əməliyyatçılarını Avropaya göndərər.
Kennet Ross

Hesabatda dünyanın 90 ölkə və regionu nəzərdən keçirilir. Human Rights Watch-un Şimali və Cənubi Amerika bölməsinin direktoru Xose Migel Vivanko deyir ki, Latın Amerikasında ciddi insan haqları pozuntuları baş verib.

ABŞ və Kubanın ötən il diplomatik əlaqələri bərpa etməsinə baxmayaraq, Vivanko çox şeyin dəyişmədiyini deyir.

“Hələ ki, Kubada hər şey eynidir. Artıq Latın Amerikası, Avropa və dünyanın digər regionlarındakı demokratik hökümətlər təzyiq göstərməlidir, çünki artıq heç kəs Obama administrasiyasının təcrid siyasəti apardığını iddia edə bilməz.”

Digər narahatedici məsələlərə Meksikanın narkotik kartelləri və korrupsiya, Venesuela hökümətinin müxalifətə qarşı təzyiqləri, habelə Kolumbiyanın FARC partizan qruplarının hökümətlə aparılan sülh danışıqlarının şərtlərinə uyğun olaraq ədalətdən yayınmaq ehitmalı daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG