Accessibility links

Müstəqil publisist Çingiz Sultansoy Amerikanın Səsinə müsahibə verib

Bu, düşünə bilənlər üçün əslində bayram deyildi, qara bayram idi. Bakı əhalisinin çox hissəsi - zəngin, müəyyən səviyyədən yuxarı yaşayan hissəsi bunu heç başa düşmədi”. Bunu Amerikanın Səsinə Azərbaycanda dolların bahalaşması fonunda bayram mövsümünü şərh edən müstəqil publisist Çingiz Sultansoy bildirib. Onun sözlərinə görə, keçmiş Sovet ölkələri ilə müqayisədə manat ən çox dəyər itirən valyuta olduğuna görə bu, bütün əhaliyə təsir edib. Ancaq cənab Sultansoy deyir ki, məsələnin iqtisadi tərəfi ilə yanaşı mənəvi tərəfi də var.

İtkin düşən neftçilər və atəşfəşanlığa tələsənlər

Yeni İl gecəsi tıxac (Foto Çingiz Sultansoya məxsusdur)

Yeni İl gecəsi tıxac (Foto Çingiz Sultansoya məxsusdur)

“Yeni il gecəsi, dostumgilə getdik. Onların evləri mərkəzdədir. Saat 9-da mən yoldaşımla ora gedəndə yollar boş idi. Saat 12-yə 5 dəqiqə qalmış biz balkona çıxdıq, gördük ki, yollar nəinki doludur, böyük bir tıxac yaranıb. Bunlar hamısı Bulvara doğru gedən maşınlar idi. Camaat atəşfəşanlığa baxmağa gedirdi. Məni bu çox təəccübləndirdi. Manat məsələsi bir qırağa, dənizdəki o faciə, 30 neftçinin itkin düşməsi, dəhşətli bir yanğının olması əslində milli səviyyəli faciədir."

Çingiz Sultansoyun sözlərinə görə, bu, insanlara nə manatın düşməsi, nə də bu faciələrin təsir etdiyini göstərir. Gündüz Ağayevin “Neftçilərin ruhu” əsərini xatırladan publisist deyir ki, insanlara bunların heç biri təsir etmir, hamı yalnız özünü düşünür: “Amma onu da başa düşmürlər ki, əgər manat düşməyə başlayıbsa və onun birinci düşməyi keçən ilin fevral ayında hələ təsadüf kimi qəbul olunurdusa, dekabrda ikinci dəfə düşməyi istər-istəməz hamıya təsir edəcək"

"Manatı bu günə gətirənləri qınamaq lazımdır"

Məsələn, kartof yetişdirən hansısa bir fermer oğluna və ya qızına telefon almaq istəyirsə, o telefonun qiyməti artıb. Ona görə də, o, ziyana düşməmək üçün məhsulunun qiymətini artırır. Təbii ki, bundan mən də əziyyət çəkirəm, amma bunu bazar münasibətlərində normal hesab edirəm. Qiyməti artıranı qınamaq lazım deyil, manatı bu günə gətirənləri qınamaq lazımdır

Qiymət artımının əsasən xaricdən gələn texnika və s. mallarda baş verdiyini vurğulayan Çingiz Sultansoy ərzaq malları da daxil olmaqla, yerli mallardakı qiymət artımını da anladığını bildirir. Onun sözlərinə görə, əgər manat qiymətdən düşürsə, bu məhsulları istehsal edən adamlar müstəqil bir fəzada, təcrid olunmuş məkanda yaşamır. “Məsələn, kartof yetişdirən hansısa bir fermer oğluna və ya qızına telefon almaq istəyirsə, o telefonun qiyməti artıb. Ona görə də, o, ziyana düşməmək üçün məhsulunun qiymətini artırır. Təbii ki, bundan mən də əziyyət çəkirəm, amma bunu bazar münasibətlərində normal hesab edirəm. Qiyməti artıranı qınamaq lazım deyil, manatı bu günə gətirənləri qınamaq lazımdır”.

Sosial məsələlər üzrə ekspertin sözlərinə görə, azərbaycanlıların hələ hamısı tam anlamır ki, hətta manat bu səviyyədə qalsa belə bu zərbə hələ zaman-zaman hamıya dəyəcək. Devalvasiyanın müsbət tərəflərinin ola biləcəyini bildirən bəzi mütəxəssislərin fikirlərini gülərək qarşılayan Çingiz Sultansoy bildirib ki, bu, yalnız inkişaf etmiş ölkələrdə baş verə bilər. “Bu, o ölkələrin idxal deyil, xaricə ixracı ilə bağlıdır. Məsələn Çin yuanı düşdükcə, Çinin ixraca gedən mallarının sayı artır. ABŞ, Çin kimi ölkələrlə Azərbaycanı müqayisə etmək olmaz. Axı heç Hollandiya, İsveç, İsveçrəylə də müqayisə etmək olmaz. Nə üçün? Azərbaycanın ixrac cədvəlində böyük əksəriyyəti neft tutur ki, onun da qiyməti düşüb. Və ya deyirlər ki, manatın düşməyi ilə bizə daha çox turist gələcək. Axı bu günədək bizə turist gəldi ki, bundan sonra da daha çox gəlsin?”

Onlar sonlarının başladığını başa düşmürlər

Hazırda valyuta mübadilə məntəqələrində dollar olmadığını bildirən ekspert deyir ki, uzun illərdən sonra artıq Azərbaycanda qara bazarın yenidən bərpası reallıqdır. O deyir ki, hazırda qara bazarda dolların qiyməti 2 dollar və bəzən daha çoxdur və ekspertlər qiymətin 3-4 dollaradək qalxa biləcəyi bildirirlər. “Mən qorxuram ki, 1 dollar 40 manat olar, 400 manat olar. Mən ondan qorxuram. Bəs onda nə cür olacaq? Bu gün bahalı maşınlarını minib atəşfəşanlıq dalınca gedənlər Azərbaycan xalqının kiçik bir hissəsidir. Amma bu zərbə tək kasıblara yox, onlara da dəyəcək. Onlar hələ bunu başa düşmürlər. Onlar sonlarının başladığını başa düşmürlər”.

Üstündən 10 il keçəndən sonra məlum olur ki, bizim dediklərimiz hamısı acı həqiqət idi. Biz səhv etməmişik. Bizə “Siz qara yaxırsınız! Siz hər şeyi qara görürsünüz! Siz vətəninizi düşünmürsünüz!” deyənlər indi utanırlarmı?

Özü də daxil olmaqla, bir çox insanın bunların baş verəcəyini hələ illər əvvəl dönə-dönə dilə gətirdiyini deyən Çingiz Sultansoy onları eşitmək əvəzinə işlədiyi telekanalın, qəzetin bağlandığını, bir redaktorunun həbs olunduğunu, digəri - Elmar Hüseynovun qətlə yetirildiyini bildirir. “Elmar elə bunları deyirdi. Əsas dediyi elə bu idi. Üstündən 10 il keçəndən sonra, onun yazdıqlarından 15 il keçəndən sonra məlum olur ki, bizim dediklərimiz hamısı acı həqiqət idi. Biz səhv etməmişik. Bizə “Siz qara yaxırsınız! Siz hər şeyi qara görürsünüz! Siz vətəninizi düşünmürsünüz!” deyənlər indi utanırlarmı?”

Çingiz Sultansoyun sözlərinə görə, bu gün hələ heç də ən ağır gün deyil. O, 2016-17-ci illərdə qat-qat ağır günlərin olacağını proqnozlaşdırıb.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

Show comments

XS
SM
MD
LG