Accessibility links

Azərbaycan Qoşulmama Hərəkatının sədri olacaq


Qoşulmama Hərəkatı

Qoşulmama Hərəkatı

Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrliyin Azərbaycana keçməsi və Hərəkatın 18-ci sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması gözlənilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Qoşulmama Hərəkatına üzv ölkələrin “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında növbəti XVII Sammiti 2016-cı Venesuela Bolivar Respublikasının Marqarita adasında öz işinə başlayıb. Azərbaycanı sammitdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Sammit zamanı 2012-ci il Tehran sammitindən sonrakı müddət ərzində baş vermiş proseslər və əldə edilmiş uğurların nəzərdən keçirilməsi, yeni proseslər fonunda beynəlxalq sülh, təhlükəsizlik, inkişaf və əməkdaşlığa dair üzv dövlətlərin ortaq mövqeyinin müzakirə olunması və tədbirin sonunda bu məsələlərə dair yekun sənədin qəbul edilməsi nəzərdə tutulur.

Məlumatda deyilir ki, Venesuelada keçirilən sammitdə yekun sənədinin layihəsinə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edən bənd daxil edilib. Bundan əlavə, Venesuela sammitində Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrliyin Azərbaycana keçməsi və Hərəkatın 18-ci sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması gözlənilir.

Sammit sentyabrın 18-də işini başa çatdıracaq.

XS
SM
MD
LG