Accessibility links

Yaralanan və xəsarət alan mülki əhalini təxliyyə edən sanitar tibb maşını atəşə tutulub


 sanitar tibb maşını

sanitar tibb maşını

"Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdəAzərbaycan mövqelərini və yaşayış məntəqələrini atəşə tutub.

Bu barədə Azərbaycan müdafiə nazirliyinin məlumatında deyilir.

Məlumata görə aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində erməni tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyyə edən sanitar tibb maşını atəşə tutulub.

Müdafiə nazirliyi

Müdafiə nazirliyi

Məlumatda deyilir ki, hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

M.Nazirliyi ermənilər tərəfindən törədilmiş bu hadisəni beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirilir.

Müdafie nazirliyi

Müdafie nazirliyi

Dağlıq Qarabağ münaqişə bölgəsində erməni və Azərbaycan silahlı bölmələri arasında döyüş əməliyyatlarının aprelin 5-dən dayandırılması haqqında razılaşma əldə edilib.

Aprelin 2-ə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Hər iki tərəfdən mülki və hərbi tələfat var.

XS
SM
MD
LG