Accessibility links

Qrafin materialından istifadə genişlənir [Video]


Qrafin materialından istifadə genişlənir
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Qrafin bir atomlu karbon qatına malik olan, mürəkkəb həndəsi quruluşu və bəzi qeyri-adi xüsusiyyətləri fərqlənir. O, eyni qalınlığa malik olan poladdan 100 dəfə möhkəm, istiliyi və elektrikin mükəmməl ötürücüsüdür. Görünüşü isə demək olar ki şəffafa yaxındır.

Dan Şayfer: "Bu materialdan o qədər yerdə istifadə etmək olar ki, siz hardan başlayacağınızı bilmirsiz."

Dan Şayfer Vobek Materialları şirkətinin vitse-prezidentidir. O deyir ki, təmiz qrafini istehsal etmək çətindir. Ancaq təmizə yaxın öz xüsusiyyətlərini qoruyan qrafin istehsal edilə bilər.

Dan Şayfer: "Beləliklə o mükəmməl və 100 faiz təmiz ola bilməz. Ancaq bizim istehsalımız 80 faizə yaxın təmiz qrafin istehsal edir ki, bu da inanılmazdır."

Əgər qrafini boyaya qarışdırsanız, elastic, elektriki keçirən komponent çap edə bilərsiz. Misal üçün radio tezliyi müəyyən edən sxemlər.

İstehsal departamentinin meneceri Luis Bruks deyir ki, qrafin həmçinin geyiləbilən elektronik cihazlar üçün də uyğundur.

Luis Bruks: "Siz onu paltaryuyan maşında yuya, quruducuda quruda bilərsiz və o öz keyfiyyətini qoruyacaq. Gündəlik işlərdə geyindiyiniz paltardan fərqli olaraq, cırılmır."

Bu materialın istifadə edilə biləcəyi başqa bir xüsusi sahə isə mikrafonlardır. Mühəndis Rey Sauro deyir ki, bu qrafin membranı bir mikrondan da incədir və digər membranların qəbul edə bilmədiyi vibrasiyaları qəbul edə bilər.

Rey Sauro: "Bu bir hertzdən aşağı 200 min hertzə qədər iş diapozonuna sahipdir. Misal üçün insan qulağı təxminən 15 hertzlə 20 min hertz arası eşidə bilər. Beləliklə bu sizin eşitmə qabiliyyətinizdən daha mükəmməldir."

Səs işığın yanıb-sönməsi kimi qrafin membranın vibrasiyasından əldə edilir. Beləliklə burada nə radio nə də maqnetik müdaxilə var.

Sauro deyir ki, qrafin membranlar vibrasiyaya və istiliyə tab gətirə bilər və istehsalı ucuzdur. O, bu materialdan avtomobil sənayesində mühərriklərin vəziyyətinə nəzarət etmək üçün də istifadə ediləcəyini düşünür. Bunun xərci 300 dollardan çox olmayacaq.

XS
SM
MD
LG